Aqil Abbasa cavab

aqil-ataxanHesab edirəm ki, Aqil bəyin “indi o talış balasının ruhundan qorxun” çağırışı elə hər iki tərəfdən olan ultra-millətçilərə aiddir! İstər Ermənistanda talışlar üçün televiziya açanlara, istərsə də Azərbaycanda bu işə mane olanlara!

Aqil Abbasla bağlı cəmiyyətimizdə müxtəlif fikirlər var. Xüsusən onun “soğan” haq-hesabı məni də xeyli incitmişdi. Amma necə deyərlər “yarın öz yeri var, nazın öz yeri”.

Aqil bəylə qiyabi olaraq keçən əsrin 90-cı illərin əvvəllərindən tanışıq. O vaxt o, Ədalət qəzetinin baş reaktoru işləyirdi, mən isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin yenicə tələbə partası arxasından durmuş müəllimi idim. O vaxtkı Azərbaycan auditoriyasında maraqlı hesab edilən bəzi hüquq məsələlərini mən yazıya alır, Aqil bəyin rəhbərlik etdiyi qəzetdə də onlar işıq üzü görürdü. Beləcə qiyabi tanışlığımız yaranmışdı. İllər keçəndən sonra bir məclisdə təsadüfən Aqil bəylə əyani tanış olduq. Özümü təqdim edəndə, o, bir az karıxdı və dərhal da zarafatca “mən elə bilirdim bu imzada olan adam hüquq fakültəsinin piylənmiş müəllimlərindəndir” – dedi.

Bu adamın məni tanımadan, bilmədən, xahişsiz, minnətsiz rəhbərlik etdiyi qəzetdə yazılarıma yer ayırması etiraf edək ki, Azərbaycan cəmiyyəti üçün bu günün özündə belə çox təqdiredici hadisədir.

Bu gün Aqil Abbasın bir yazısıyla tanış oldum. Müxtəlif məsələlərdən danışır. Amma yazının son hissəsi diqqətimi daha çox çəkdi və sizlərlə bölüşməyə qərar verdim. Bizim belə insanlarımız da var:

“Lənkərandan 18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu, sonra şəhid oldu. Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi…

Həmin lənkəranlı gəncin (çox təəssüf ki, adını unutmuşam. Atası və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə saxlasaydılar sevinərdim) atası gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi, şəhid şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və o gənci Ağdam Şəhidlər Xiyabanında dəfn etdilər. Sözgəlişi, Ağdamda üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığı olan gəncin atası Lənkərana dönmədi. Dedi oğlumun silahını verin mənə və qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə. Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi filmə.

İndi o talış balasının ruhundan qorxun. Qarabağda şəhid olan yüzlərlə talış oğullarının ruhundan qorxun. Onların ruhu talışları Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!”

Hesab edirəm ki, Aqil bəyin “indi o talış balasının ruhundan qorxun” çağırışı elə hər iki tərəfdən olan ultra-millətçilərə aiddir! İstər Ermənistanda talışlar üçün televiziya açanlara, istərsə də Azərbaycanda bu işə mane olanlara!

Ataxan Əbilov, Niderlandda mühacirətdə olan tanınmış hüquqşünas

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma