Qədim talış tayfası – Qalışlar (Qolışon)

Etnoqrafik baxımdan talışlar özluyundə bir necə kicik qruplara bölunurlər.Belə ki,19 cu əsrin 80 ci illərində Lənkəran qəzası dövlət kəndlilərin iqtisadi məişətini tədqiq etmiş D.A.Kistenyev yazır ki,etnik xususiyyətlərinə görə talışlar pornaimlər,alarlar,oratlılar,zuvandlılar olmaqla muxtəlif qruplara bölunurlər.Muəllif daha sonra əlavə edir ki qəzanın dağlıq ərazisində məskunlaşan zuvandlıların özləri də drıqlılar və piranlılar olmaqla iki yerə bölunurlər.Muəllif onuda əlavə edir ki ,adları çəkilən etnik qruplar təkcə etnoqrafik xususiyyətlərinə görə deyil, eləcə də həyat tərzlərinə,məişət xüsusiyyətlərinə görə də bir-birindən fərqlənirlər.D.Kistenyev adları çəkilən etnik qrupların məskən salma arealınıda təsvir etmişdir.Məskunlaşma prosesinin bu cür bölur: talışlar qəzanın bütünlükdə meşəlik və duzənlik ərazilərində ,zuvandlılar Zuvand dağlarının cənub-qərbində,piranlılar şimal-şərq hissəsində,drıqlılar isə Drıq mahalında məskunlaşmışlar.Bundan əlavə dörd pornaim kəndi Viləş və Şaqratük çayları arasında yerləşib,pornaimlər adlanırlar.Orandlılar,alarlılar isə D.Kistenyevə görə köcəri tayfalar olub,yayda öz yaylaqlarında yaşayır,orandlılar qışda meşələrdə,alarlılar isə Qarayar çayı boyundakı qışlaqlarinda məskunlaşırlar.

Bundan savayı D.Kistenyev talışların etnik tərkibini verməklə yanaşı ,həm də ayrı-ayrı etnik qrupların xususiyyətlərini,etnik psixologiyalarını təhlil etmişdir.Muəllif yazır ki ,qəzada yaşayan bu etnik qruplar etnoqrafik xususiyyətlərindən başqa,həm də,tərzlərinə,köcərilikdən oturaq məişətə keçmələri ilə fərqlənirlər.Düzənlikdə məskunlaşan talışlar tam oturaq məişətə malik olub,artıq qəbilə məişəti tərzindən və patriarxal ailədən uzaqlaşıb ,daha yüksək mərhələ sayılan fərdi ailə səviyyəsinə keçmişlər.Həm də,muəllif talışlarda ailənin daha sərbəst olub,patriarxal xarakter daşımadığını qeyd edir. Zuvandlılardan söz açan muəllif yazır ki,onların ictimai həyatlarında ümumilik prinsipi talışlara nisbətən daha möhkəmdir.Zuvandlıların fərqləndirici cəhəti onların əməksevərliyi,dözümlüyü və zəhmətkeşliyindəndir ki,bu da onları əhatə edən coğrafi muhitlə,iqtisadi və kənd təsərrüfatı şəraiti ilə bağlıdır.Nəhayət,D.A.Kistenyev pornaimlərin həyat tərzlərinə görə köcəri alar və orand tayfaları ilə çox yaxınlıq təşkil etdiyini də qeyd edir.

Yuxarıda adı çəkilənlən qruplardan savayı Talış diyarında ,eləcə də İran Talışında(Cənubi Talışda) muxtəlif etnoqruplar var. Bunlar qolışon(qalışlar), kırdon, derejon(derejlər) və çərojon(çərojlar).Bunlarin tədqiqi ilə cox az məşğul olublar.Umumiyətlə bunlar etnoqrupdurlarmı? Gəlin bunları analiz edək. Analiz etmək ucun talışların etnoqrafiyasını qısaca olaraq nəzərdən kecirək.

 

Talışların etnoqrafiyasını tədqiq edərkən,bizə aydın olur ki ,talışlarda çəltikçilik,taxılçılıq,bostançılıq təsərrüfatı cox inkişaf etmişdir.Buda xalqın əkinçiliklə məşğul olduğunu təsdiq etməyə əsas verir. Lakin buda tarixi faktdır ki,əkinçilik təsərrüfatı maldarlıq olmadan özünün yüksək inkişaf mərhələsinə çata bilməz.Bu isə o deməkdir ki,əkinçiliyin yüksək inkişafı həm də maldarlıqdan,onun qoşqu qüvvəsi ilə nə dərəcədə təmin olunmasından asılı olmuşdur.Başqa sözlə,bütün xalqlarda olduğu kimi talışlarda da əkinçilik və maldarlıq bir-birini tamamlayan təsərrüfat formaları olmuşdur.Ona görə də talışların maldarlıq təsərrüfatı,onun xarakteri,ümumilikdə əhalinin təsərrüfatında və məişətində onun yeri kimi məsələlərin təhlilinə də ehtiyac var.

Hər şeydən əvvəl xatırladaq ki,qəza əhalisi və eləcədə talışlar maldarlığın inkişafı səviyyəsinə görə müxtəlif qruplara bölunurlər.Belə ki,əsasən çəltikçilik və taxılçılıqla məşğul olan əhali öz təsərrüfatlarını qoşqu qüvvəsi ilə təmin etmək məqsədi ilə iri buynuzlu mal-qara saxlamağa üstünlük verirdi.Başqa sözlə,burada maldarlıq əkinçiliyin inkişafına xidmət edir,müəyyən mənada isə əhalinin süd məhsullarına olan tələbatını ödəyirdi.Qoyunçuluq isə bir təsərrüfat forması kimi qəzanın düzənlik ərazisində yaşayan əhali üçün xarakterik məşğuliyyət forması sayılmırdı.Bu isə o deməkdir ki,qəzanın düzən ərazilərindəki əhali maldar deyil,başlıca olaraq əkinçi zümrəsinə daxil idi.Bu zümrəyə daxil olan əhalinin heç də hamısı istər qoşqu və istərsə də mal-qara ilə təmin olunmamışdı.Odur ki,çox vaxt əhali çəltik və taxıl əkini sahələrinin şumlanması,əkilməsi,məhsulun daşınması və döyülməsi proseslərində daha çox qoşqu heyvanı olanlardan mütəlif şərtlərlə öküz,at,kəl alıb,öz işini görmək məcburiyyətində qalırdılar. Əhalinin ikinci qrupunu həm əkinçilik və həm də maldarlıqla məşğul olanlar təşkil edirdi.Yəni burada hər iki təsərrüfat bir-birini tamamlayırdı.Ona görə də bu qrup əhalini əkinçi-maldar zümrəsinə şamil etmək olar.Nəhayət,üçüncü qrup sırf maldarlıqla məşğul olan əhali zümrəsi idi ki,onları bütünlükdə maldar-elat adlandırmaq olar.Bu zümrəni təmsil edən əhali Talışın başlıca olaraq Zuvand,Drıq,Səbican mahalları habelə digər dağlıq ərazilərində məskunlaşmışdı.Maldar-elat talışlarda iki yerə ayrılırdı.Sırf mal-qara cinslərinin saxlayan əhali Qolış(Qalış) adlanırdı.Sözun özundəndə görunur ki mal-qara ilə məşğul olanlarda bağlıdır.Qo -talışca mal-qaraya deyilir.Qolış- mal-qara saxlayan,məşğul olan.İran talışında bunu Qaleşəti,Qaleş adlandırırlar.

İkinci qrup isə əhalinin sırd qoyunçuluqla məşğul olması ilə bağlıdır.Talışlarda onlara KIRDİ deyirlər. Sırf qoyunçuluqla məşğul olan zümrə kırdi ilə tanınır.Kırdi sözunun çox güman ki çobanla bağlılığı var.Qeyd etmək lazımdır ki iran dilli xalq olan kürdlərlə talışın entoxususiyyətinə görə maldar-elatın qoyunçuluq zümrəsi olan kırdilərlə heç bir əlaqəsi yoxdur.Sözu gedən iran xalqlarından olan kürdlərin yaranması haqda təzədən araşdırmalar aparmalıdır məncə.Çunki onlardada KIRT,KIRMANCİ sözlərinin məşğuliyyətlə bağlılığı haqda bir cox versiyalar var.

İran talışına nisbətən ,Azərbaycanın Talış diyarında maldar-elat əsasən qoyunçuluqla,qismən də digər mal-qara cinslərinin saxlanması ilə məşğul olurdular.Buradan bizə aydən olur ki ,Kırdilər Qolışlara nisbətən çox idi.Buna baxmiyaraq,Qolışların kökənli məskən saldığı yer Cənubi Talışdır(İran Talışı). Cənubi Talışın, Gilanın Kəonru(Korqanrud,Kaquri,Gərgənrüd),Astara,Şanderman,Asalem,Taleş-Dolab,Masal,Nəmin,Pelarü(Piləçay),Minəvo(Minavar) və s. Şımali Talışda isə (Azərbaycan Talışı) Qolışlar səpələnmiş halda yaşayır.Muxtəlif dövurlərdə miqrasiya ,köcmə zamanı qolışlar Tuli-Coni , Hamarat, Siov, Bradi, Veri, Çayrud, Anzoli, Rvarud, Bırsılım, Biləsər, Daştatuk, Razano, Miyankuh mahalı, Rvo kəndlərinə məskən salıblar. Hələm Talış diyarının bir cox kəndlərində (çoxu duzənlik kəndləri) məskən salan kökənli əhalinin nəsil şəcərələrini öyrənəndə 10-11 ci nəsil babalarının Cənubi Talışdan qolışların sıx yaşadığı ərazilərdən gəldiyini şahidi oluruq.Bir sözlə Talış diyarında coxlu kökənli qolışlar vardır.

Qolışlar köcərimi?

İctimai iqtisadi amillərlə yanaşı,təbii-coğrafi şərait bu zümrəyə daxil olan əhalinin yayda yaylağa,qışda qışlağa köcməsini diktə edirdi.Məhz bu xususiyyətinə görə 19 cı əsrin tarixi-etnoqrafik ədəbiyyatında əhalinin maldarlıqla,qoyunçuluqla məşğul olan bir hissəsi səhv olaraq köcəri  dlandırılmışdır. Məsələn,Lənkəran qəza əhalisinin iqtisadi məişətini tədqiq etmiş D.Kistenyev yazırdı ki,qoyunçuluq burada əsasən köcəri əhalinin əlində cəmlənmişdir.Yəni yuxarıda adı çəkilən kırdilər köcərilik edirdilər.Amma Kistenyeve görə sırf köcəri tayfalar orandlılar və alarlılardır,azərbaycanca danışan bir necə tayfada vardır.Buradan belə çıxır ki Şimali Talışa Cənubi Talışdan köcən qolışlar sırf köcəri deyildilər.Onların bir qismi köcəri idi.Bu köcməyində səbəbi var idi.Etnoqraf Qəmərşah Cavadov bu haqda belə yazır: “Maldarlıqla məşğul olan əhalinin 19 cu əsrdə köcəri adlandırılması ideyası təkcə D.Kistenyevlə məhdudlaşmır.Bu tezis 19 cu əsrin əksər rus müəlliflərinin əsərlərində təkrar olunmuşdur və qeyri-elmiliyi həmin əsərdə Həsənbəy Zərdabi tərəfindən açıqlanmışdır” Belə ki,müəllif “Kaspi” qəzetinin 1899-cu il 152-ci sayında çap etdirdiyi “Bizim köçərilər” adlı məqaləsində yazır ki,indiki vaxtda təkcə yerli deyil,eləcə də xarici kapital bizim Zaqafqaziyanı maqnit kimi özunə cəlb etdiyi,zavodların,fabriklərin,ticarət kampaniyalarının yağışdan sonra çıxan göbələk kimi artığı bir zamanda,əyalətin yüz minlərlə köklü,müsəlman əhalisi yüz il bundan əvvəlki kimi köçəri həyat tərzi keçirib,ümumi inkişafdan geri qalır.Lakin hər cür əziyyətlərə dözən bu əhalini köçəri adlandıranlar heç cür başa düşmürlər ki,onlar həqiqi köçərilikdən coxdan uzaqlaşmışlar.Belə ki,hər bir köçəri dövlətdən götürdüyü torpaqda payızlıq taxıl və yazlıq bitkilər əkib becərir.

Müəllif daha sonra soruşur ki,o nə köçəridir ki,çəyirtkənin tam məhvinədək,habelə bütün mükəlləfiyyətlərdən azad olana qədər qışlaqda qalıb,taxılını biçib tayalayır,onları ancaq qarovulçuya tapşırdıqdan sonra öz mal-qarası ilə daha əlverişli şəraiti olan yaylaqlara çıxır.Həm də həmin köçərilər artıq avqustun ortalarında öz qışlaqlarına qayıdıb,kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlayırlar.Bu nə köçəridir?Sualına elmi cavab verən Həsənbəy Zərdabi maldar əhalinin yayda yaylağa,qışda qışlağa köçməsini köçərilik deyil,Azərbaycan təbiətinin xüsusiyyəti kimi xarakterizə edirdi.Yəni Azərbaycan təbiəti elədir ki,aprelin sonu may ayının əvvəllərində buranın qışlaqlarında istilər düşür,ot quruyur,su çatışmazlığı başlayır.Məhz bu səbəbdən maldarlar öz sürülərini otun,suyun mövcüd olduğu yaylaqlara aparmaq məcburiyyətində qalırdılar.Payız vaxtı soyuqların düşməsi və qışlaqlarda artıq otun çıxması nəzərə alınaraq maldarlar yaylaqdan köcməyə başlardılar. Bu isə heç də köçərilik deyil,Azərbaycan mühitindən irəli gələn həyat tərzi demək idi ki,bunu eləcə də Lənkəran qəzasının timsalında da aydın görürük.Ona görə bir cox tədqiqatçılar bu mühiti tam dərk etmədiyindən ,qışlağa və yaylağa köçən əhalini səhvən köçəri adlandırmışlar.

Qeyd edək ki,19 cu əsrin sonuna aid olan ədəbiyyatda Lənkəran qəzasında 3886 desyatin qışlaq sahəsinin olduğu,yaylaqların sahəsi haqqında isə məlumatın olmadığı xatırlanıb,onun qışlaqlardan az olması göstərilir.Həm də qeyd etmək yerinə duşər ki,19 əsrin tədqiqatçıları köcəri talışları adətən alarlılar və orandlılar içindən göstərmişlər.Bunlar hamısını yazmaqda məqsədimiz odur ki,məşğuliyyətlə bağlı olan talışların entoqrupu qolışlarda məhz bu səhvən köçəri adlandırılan yaylaq və qışlaqlarda məskən salmağla yaşamışlar.Bu o deməkdir ki,yuxarıda qeyd etdiyimiz kimi qolışlar köçəri olmayıblar,onlar sadəcə təbiətin xususiyyətindən aslı olmuşlar və məcburiyyət qarşısında yaylaq-qışlağa köçmuşlər.

 

İstifadə olunmuş ədəbiyyat:

1.Huseyn Əhmədi “Talışi” (10-12 səh)

2.Xodzko Aleksandr ” Sərzəmini Gilən” (77 səh)

3.Jak de Morqan ” Mötaləti elmi dər İran” (314 səh)

4.Mirzə Əhməd ” Əxəbərnamə” (114 səh)

5.Marsel Bazen ” Gilən Azerbaycan” ( 26-93 səh)

6.Pulkax Yakov ” Səfərnamə” ( 412 səh)

7.Nəsirəddin Şah ” Səfərnaməye Gilən” ( 22,32,37 səh)

8.S.Kazimbekov ” Cəvahirnaməyi Lənkəran” ( 4-5 səh)

9.Q.F.Melqunov ” Gilan tədqiqatları” (45 səh)

10.Rəzzaq Xansuvar “Qolış tədqiqatları”

11.Reşetov A. ” Qalışlar” (131 səh)

12.Qəmərşah Cavadov “Talışlar”

13.Həsənbəy Zərdabi “ Bizim köçərilər” –Kaspi qəzeti 1899 cu il

Vuqar Mirzəzodə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma