Ermənilərin adını dəyişdiyi Talış kəndi – Ərus

erus“Toponim” sözü yunan dilində “yer adı” deməkdir.

Azərbaycan-türk mənşəli toponimlər respublikamızın ərazisində geniş yayıldığı üçün bu qəbildın olan toponimlər Azərbaycanın toponimik fondunu təşkil edir. Azərbaycan-türk mənşəli toponimlər İran, Gürcüstan və Dağıstandan başqa, Ermənistanda da geniş yayılmışdır. XIX əsrin ikinci yarısında Ermənistanda 2310 kəndin 1500-dən çoxu azərbaycanlılara məxsus idi. XX əsrin sonunadək azərbaycanlılar İrəvan, Leninakan (indiki Gümrü) şəhərlərindən başqa Qafan, Gorus, Sisyan, Mehri, Vardenis, İcevan, Əzizbəyov, Masis, Aştarak, Amasiya və digər rayonlarda kompakt halında yaşamışlar. Ümumiyyətlə, azərbaycanlılar Ermənistanın 37 rayonunun 17-də məskunlaşmışlar. Buna görə də həmən ərazilərdə Azərbaycan-türk mənşəli toponimlər daha geniş yayılmışdır. Lakin sonralar Ermənistan hökuməti tədricən həmən toponimlərin adlarını dövlət səviyyəsində dəyişdirərək erməniləşdirmişdir. Məsələnm: Dərələyəz-Yexeqnadzor, Uluxanlı-Masis, Göyçə-Sevan, Qəmərli-Artaşat, Basarkeçər-Vardenis, Hamamlı-Spitak, Qarakilsə-Sisyan, Qızılqaya-Qukasyan və s. adlandirilmişdir.

Ermənistanda adı dəyişdirilmiş toponimlərdən biri də Talış etnotoponimi olmuşdur. Talış Ermənistanın mərkəzində yerləşən Əştərək (Aştarak) rayonunun ərazisində kənd adı idi. Talış və Talış-Əkərək kəndləri vaxtı ilə İrəvan xanlığının 15 mahalından biri olan Karbibasar mahalının tərkibində olmuşdur. Bu mahal 40 kənddən ibarət idi. 1930-cu ildə SSRİ-də, o cümlədən Ermənistanda rayonlaşdırma siyasəti həyata keçirildikdən sonra Talış və Talış-Əkərək kəndləri inzibati cəhətdən Aştarak rayonunun tərkibinə daxil edilmişlər. Həmən kəndlərin əhalisi azərbaycanlılardan ibarət olmuşdur. 1970-ci ildə Ermənistan Ali Soveti Rəyasət Heyyətinin fərmanı ilə Ermənistanda bir necə azərbaycanlı kəndinin adı dəyişdirilərək erməniləşdirilmişdir. Onların arasında Talış kəndi də var idi. Fərmana əsasən Talış kəndi Ərus adlandırılmışdır. Beləliklə Talış xalqının adı ilə bağlı olan Azərbaycan mənşəli toponim də Ermənistanın inzibati-ərazi xəritəsindən silinmişdir.

Ermənistanda aparılan millətçi-şovinist siyasətin nəticəsi olaraq bu gün Ermənistanda demək olar ki, digər xalqlara məxsus heç bir toponim qalmamışdır.

İldırım Şükürzadə
Tədqiqatçı-müəllim

Tolışon Sədo qəzeti, №48

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma