Talış torpağında Yusiku Ocağı

yusikuAzərbaycanın cənubu sayılan Talış zonası çox qədim abidələrlə zəngin olan məkandır. Bu tarixi abidələrdən bəziləri də ziyarətgahlar və ocaqlardır. Bildiyimiz kimi talış zonasında çox ziyarətgahlar və ocaqlar var. Məsələn Şeyx Zahid türbəsi, Şeyx Camal türbəsi, Seyida türbəsi, Səydəkinə türbəsi, Bobo Rəhman, Bobo Kəm (Kərim), Bobogil, Sexəlifə, Yusiku və sair. Bu qədim ocaqlardan olan Yusiku ocağı haqqında Sizə bəzi məlumatlar verimək istəyirəm.

Yusiku ocaqı Yuxarı Nüvədi kəndində yerləşir. Ocağın talış dilində tərcüməsi belədir. Yusi – Yusif, Ku – təpə deməkdir. Yəni ki, Yusif təpəliyi mənasını verir. Ocağın təqribən 400 yaşı olar. Ocağın əsasını Ərdəbildən olan Şeyx Yusif ibn Şeyx Abbas qoyub. O Ərdəbildən köçərək atası ilə Yuxarı Nüvədi kəndində məskən salıb. Atası Şeyx Abbas Xalxalı, ikinci Şah Abbas tərəfindən 1654-cü ildə talış mahalına xəlifə təyin olunur. XVII əsrin sonlarında xəlifə Şeyx Abbas ölür. Onu Cildə basdırırlar. Ocaq sonradan Se-xəlifə ocağı adlanıb. Atasının ölümündən sonra xəlifə varisliyinə Şeyx seyid Yusif çıxır. Xəlifə Şeyx Yusif hökümdar olmaqla yanaşı, həm də dini başçı idi. Seydəli Kazımbəyoğlu “Cəvahirnaməyi Lənkəran” əsərində qeyd edir: “Mir Abbas Xan (Şeyx Yusifin oğlu) nəcabəti 28 arxadan ibarət olan şəhid Zeyo İbn Əli, İbni Hüseyn, İbni Əli, İbni Əbu-Talib əliyyehissalama çatan bir xəlifədir. Onun kəramətli, hörmətli əcdadlarından biri xəlifə Əli əliyyehissalamdır”.

Buradan aydın olur ki, Şeyx Yusif də Həzrəti Xəlifə Əlinin nəslindəndir. Kənd camaatının sözlərinə əsasən Yusiku türbəsində Xəlifə Əlinin nəslindən olan şəxsin qəbri var və o Şeyx, Ərəbistandan buraya köçüb. (Əslində Ərdəbildən buraya köçüb) Yusiku türbəsində Şeyx Yusifin qəbri ilə yanaşı, onun nəvəsi, Talış xanı Şeyx Cəmaləddinin də (Əli, Siyoli, Siyoli, Qara xan) qəbri var. Yerli kənd camaatı arasında Siyoli xan haqqında müxtəlif rəvayətlər var. Siyoli xandan başqa orada Mir Məmməd (Məhəmməd İbn Mirmustafaxan) Xan-sıvo (Xansuvar ibn Məhəmməd) Mirmustafa Məhəmməd oğlu (Mirmustafaxanın nəvəsi idi) və başqalarının qəbirləri var. Siyoli xanın oğlu Mirmustafa xanın qəbri əvvəl Lənkəranda olub. Sonradan 1919-cu ildə rusların və ermənilərin Talış xanlarının qəbrlərini xaraba etməsindən qorxaraq, onların qəbrlərini açaraq, sümüklərini Kərbəlaya göndərdilər və orada basdırdılar. Yusiku türbəsində olan xan qəbirləri isə xan nəslinin nümayəndələri tərəfindən gizlədildi ki, ruslar oranı xaraba etməsinlər. Qeyd edim ki, Mirəhməd xanın qəbrini xaraba etmişdilər. Yusiku qəbirstanlığında yalnız bir nəslin nümayəndələrini basdırırlar. Bunlar xan nəslinə mənsub olanlardır.

Qeyd edim ki, o ocaqda başqa nəslin nümayəndələrini dəfn etmirlər, bunun bir neçə izahı olsa da, çox güman ki, yerli əhali halallıq nöqteyi-nəzərindən xan nəslinə mənsub qəbrstanlıqda öz ölülərini basdırmırlar. Ona görə də uzun illərdir ki, yerli əhali tərəfindən bu adət-ənənəyə riayət olunur. İndi ocaqda, daha doğrusu ocağın olduğu qəbirstanlıqda yalnız Xansuvarovları basdırırlar. Xansuvarov deyəndə Mahmudovlar, Əhmədovlar, Suvarovlar və Rəcəbovlar nəzərdə tutulur.

Qeyd edim ki, Xəlifə Yusif Şeyx Zahidlə qohumdur. O, ana tərəfdən Şeyx Zahidin nəslindəndir. Mirmustafa xanın seyidliyini təsdiq edən sənədində belə gəstərilir. “Mirmustafa xan 15 arxadan müntəzir Bilax ibn Şərəfəddin ibn Həsən, İbn Məhəmməd ibni Əhməd ibn Əbiəl-Mərcə ibni Əbi ibn Yəhya ibn Əhməd ibn Məhəmməd ibn Əbu Əbidillah ibn Əli İbn Yəhya ibn Əli-Hüseyn ibn Zeyd ibn Zeynal Abidin ibn İmam Hüseyn ibn İmam Xəlifə Əli”. Göründüyü kimi Talış xanları öz şəcarə göstəricilərinə görə İmam Əliyə söykənirlər. Yusiku ocağı ağır ocaqlardan sayılır və bu ocağı ziyarət etmək üçün Yuxarı Nüvədi kəndinə ətraf kəndlərdən, eləcə də Azərbaycanın digər rayon və şəhərlərindən ziyarətçilər gəlirlər….

Rəzzaq Xansuvarov Talışinskiy,
Tolışon Sədo, №06, 18.11.2011

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma