“Xəzər Lənkəran” Talışların futbol klubu olduğu üçün dağıdıldı

xl3“Xəzər Lənkəran” Talışların futbol klubu olduğu üçün dağıdıldı. 2008-dən bu kluba normal futbol oynamağa imkan verməyiblər. Bəzi oyunçularından tutmuş rəhbərliyindəki bəzi şəxslərə qədər Rövnəq Abdullayevin dəstəsinin ya agentinə çevrilmiş, ya da şantaja məruz qalaraq satqınlıq etmişlər.

Bir-çox insanların dilində əzbər saxladığı söz var ki, XL Avrokuboklarda heç nə edə bilməyib. Amma bir dəfə də olsun Azərbaycan Çempionatında qan eliyib Avrokuboklarda “sönən” (və ya kimlərsə tərəfindən “söndürülən”) futbolçulardan danışmayıblar. Onların Milli Komandaya çağrılmaq adıyla necə öyrədildiyini, şantaj olunduğunu yazan, dilə gətirən olmayıb.

Həmişə XL-in haqqı yeyilib (https://www.youtube.com/watch?v=Jx_CKi5D2zE; https://www.youtube.com/watch?v=WxFKomfwy50)

Haqqını yeməklə “sındıra” bilmədikdə yumuruq-təpiyə keçiblər. (Bu videoda Kubok oyunundan sonra içərisində döyüş növləri üzrə Avropa və Dünya çempionları olan xüsusi hazırlanmış “mühafizəçilər” öz azarkeşlərinə doğru gedən XL-li futbolçuları “başa salır”: https://www.youtube.com/watch?v=FnMVO8BHlsAHalbu ki, oyuna klub mühafizəçilərinin çıxarılması futbol qaydalarına görə qadağan edilib. AFFA isə XL-in yox, “Neftçi”nin mühafizəçilərin oyuna buraxmışdı. Səbəb isə aydın idi. Talış dilində şüarlar səsləndirildiyinə görə klubu belə “başa salmağ”a çalışırdılar)

Futbolçuları da, azarkeşləri də… (Talış dilində şuarlar səsləndirdiyinə görə azarkeşlə polis tərəfindən belə cəzalandırılır:http://www.azadliq.org/content/article/24182138.html)

Bu ölkənin rəhbərliyinə stadiona müstəqil şəkildə (müəllim və şagirdləri, dövlət işçilərini məcburi şəkildə stadiona gətirməklə yox) gələn on minlərcə azarkeş lazım deyildi. Tofiq Bəhrəmov stadionunda minlərlə insanın bir ağızdan Talışca şüarlar səsləndirməsi, pankartlar açması sərf etmirdi. (https://www.youtube.com/watch?v=AHhIBRwisP0)

Amma faşist və separatçıları bu da sakitləşdirmədi. Elxan Məmmədovun “əmr”i ilə “Xəzər Lənkəran”ın Ləzgi azarkeşi Eliko Taghizadeh və bir-neçə başqa azarkeşlər yalançı ittihamlarla 3 il müddətinə həbs edildi. Bununla azarkeşləri qorxudacaqlarını, XL-i də digər klublar kimi əlaltıya çevirəcəkləri sansalar da, alınmadı.

PFL başı Ramin Musayev vəzifəsinə ilk təyinatını alanda məclislərin birində “Mən nə qədər ki bu vəzifədəyəm, Talışlar çempionluq görməyəcək” deyib. Kişilikdən uzaq insan olsa da sözünün üstündə “kişi” kimi durdu və dünən AFFA və PFL-dəki üzdəniraq faşist və separatçı qüvvələrin sayəsində “Xəzər Lənkəran”ın tədricən çempionatdan uzaqlaşdırılması prosesi sona çatdı.

Amma mübarizəmiz sona çatmadı. Ölkədə Talışları gözü götürməyən bu üzdəniraqlara qarşı mübarizəmiz, birliyimiz davam edəcək. Ölkəni belələrindən qurtarana qədər davam edəcəyik.

Rahim Şaliyev

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma