Babəkin Talış olduğu sübut olundu – Tarixi Faktlar

babekMən “Xürrəm termini haqqında” İlkin Muradovun yazısın oxudum. Təbəridən bəzi sitatlar gətirilib, lakin İlkin balamız Təbərinin Barzənd ərazisi və Bəzz qalası haqqında verdiyi coğrafi kordinatları nədənsə nəzərdən qaçırıb.

Təbəri yazir: “Babək Savalandan 6-7 fərsəng şimal-şərqdə, Biləlband adlı kənddə doğulmuşdur..” Əgər Təbərinin yazdığına istinad etsək (heç istinad etməsək də faktiki nə İran, nə də Azərbaycan ərazisində Biləlbənd, Bilalabad adlarında kənd yoxdur və olmayıb da!) və bir fərsəngin 6-7 km olduğunu nəzərə alsaq görərik ki,  müasir xəritədə Təbərinin dediyi yerdə məhz Bılaband kəndi yerləşir. Təbərinin göstərdiyi Biləlband kəmdinin Lerik rayonunun Bılaband kəndi olduğu heç bir şübhə doğurmur. Sadəcə olaraq Təbəri Bılaband adını Biləlband, ondan sonrakı tarixçilər isə Bilalband, Bilalabad kimi göstərmişlər.

(BUNA DA BAX: Nuru Paşanın silahdaşı: “Bizi Talışlar qorudu” )

Daha sonra Təbəri yazır: “…xürrəmilərin aşağı istəkamı olan Bəzz qalasi eyni adlı çayın sahilində yerləsirdi,” nəzərə alsaq ki, şərqda Bəzz adında çay yoxdur, onda Təbərini yalançı saymış olarıq. Doğurdanmı Təbəri səhfə yol verib? Təbii ki, yox, sadəcə Tərəri eşitdiyi adları ərəb dilinə uyğunlaşdıraraq yazıb. Heç şübhəsiz ki, Bəzz qalası indiki Bəlləbır qalasıdır ki, Talışlar ona “Boz” (Bozə ğələ) adı vermişlər, Təbərinin göstərdiyi Bəzz adlı çay isə heç şübhəsiz ki, Vaz (indiki Lənkəran) çayıdır ki, Təbəri də “Vaz” çayını “Bəzz” çayı kimi qələmə verib. Babəkin ordugahının harada olduğunu müəyyənləşdirdiyimiz üçün bu mövzunu qapatmaq da olardı. Lakin…

Müəllif bəzi “tarixi” mənbələrə istinad edərək Xürrəmilərin “şad-xürrəm”, daha doğruxu əxlaqsız həyat tərzi keçirtdiklərini qeyd edir. İlk əvvəl onu qeyd edim ki, əxlaqsız həyat tərzi keçirdən istənilən xalq öz azadlığı uğrunda 61 il durmadan mübarizə apara bilməz! Mən əminəm ki, əxlaqsız insan üçün “müqəddəs” adlı heç nə yoxdur. Şüarları “Vətən, Millət, Azadlıq” olan, bu müqəddəs ideyalar uğrunda döyüşənləri “əxlaqsız” adlandıran ərəb tarixçilərinin özlərinin əxlaqi keyfiyyətləri şübhə doğurur. Daha bir sual: 61 ildə öz yaxınlarını, doğmalarını döyüşlərdə itirən, lakin əyilməyən, sınmayan bir xalq əxlaqsız ola bilərmi? İstərdim ki, hər bir şəxs bu sual haqqında özü düşünsün və özü də özünə cavab versin.

(BUNA DA BAX: İosif Stalinin cəza çəkdiyi Lənkəran qalası )

Bəs görəsən ərəb tarixçilərinin Xürrəmiləri “əxlaqsız” adlandırmalarının arxasında hansı amillər durur? İlk əvvəl onu deyd etmək yerinə düşər ki, ərəblər Xürrəmilər ilə mübarizədə görünməmiş sayda böyük insan itkisi verdilər və bu itkini “sığortalamaq” üçün ilk olaraq “əxlaqsız kafirlər ilə döyüşdə şəhid olanlar, heç şübhəsiz ki, cənnətdədirlər” şüarını bayraq etdilər, daha sonra irəli gedərək Xürrəmilərin hətta öz ana və bacıları ilə də izdivaca girdiklərini yazdılar. Daha sonra isə Xürrəmi terminini təhrif etdilər, “xürrəmi” terminini öz dillərində alınan variantda tərcümə etdilər “şad-xürrəm yaşayanlar”. Nəzərə aısaq ki, Xürrəmilər ərəb deyildilər, onda onların özlərini ərəbcə “xürrəm” adlandırmaları gülünc və absurd görünür. Burda artıq “Xürrəm termin nədən ibarətdir və hansı mənanı verir?” sualına cavab tapmağın vaxtıdır. Hesab edirəm ki, bu gün bizə “xürrəmi” kimi çatan termin əslində “Hurroni” termininin təhrif edilmiş formasıdır. Bəs “Hurroni” sözü nə məna verirdi ki, Xürrəmilər 61 il bu şüar ilə öz azadlıqları uğrunda mübarizə aparıblar? Bildiyimiz kimi Talışlar Allahı “Hu” və ya “Hur” kimi adlandırmışlar ki, bunu da sübut etmək üçün Talış dilindəki “Huri mələkon” sözünü yada salmaq kifayətdir, yeri gəlmişkən bu söz Azərbaycan türkcəsində “Huri mələklər” kimi işlənir, (burada vurğudan asılı olaraq “Huri mələkon” sözünü həm “Hunun mələkləri”, həm də “Hurun mələkləri” kimi tərcümə etmək olar). Bildiyimiz kimi Talışlar “yol”a “ro” deyirlər ki, “Hu(r)” və “ro” sözlərinin birləşməsindən “Hurronion” sözü alınmışdır ki, həmən söz də tərcümədə məhz “Allahın yolçuları” mənasını verir. Burda daha bir sual meydana çıxır: Əgər “Hurronion”, yəni  Xürrəmilər həqiqətən də “Allahın yolçuları” idilərsə, bəs onda ərəblər niyə onları sakit buraxmırdılar? Bu suala uzun-uzadı cavab vermək istəmirəm, bircə onu deyd etmək istəyirəm ki, ərəb xəlifələri onların “hakimi-mütləq” olmalarına maneə yarada biləcək istənilən təhlükəni aradan qaldrmaqda israrlı idilər. Bunu anlamaq üçün isə heç də baş sındırmaq lazım deyil, bircə onu qeyd etmək kifayətdir ki, ərəb xəlifələri öz xəlifəliklərini qorumaq üçün müqəddəs “Qurani-Kərim”i onlara bəxş edən İslam Peyğəmbərinin bütün nəslini qırmaqdan belə çəkinmədilər (burda xasusi vurğulamaq istəyirəm ki, Xürrəmilər də, təsadüfdənmi və ya zərurətdənmi İmamların, azdlıq simvolu sayılan, qırmızı bayrağına oxşar bayraq qaldırmışdılar)! Demək öz əxlaqları zəif olan ərəblərin, daha doğrusu ərəb xəlifələrinin özlərini “təmizə” çıxartmaq üçün Xürrəmiləri “əxlaqsız” adlandırmaqdan başqa yolları qalmırdı!.. Hesab edirəm ki, “Xürrəmilər”, daha doğrusu “Hurronion” termini haqqında uzun-uzadı yazmağın heç bir mənası yoxdur, Talış dilini bilən istənilən şəxs üçün bu termin anlaşılandır…

(HƏMÇİNİN OXU: Burada min ilin sirri yatır: Bobogil türbəsi )

Daha sonra müəllif Ziya Bünyadova istinad edərək “Bəzz” qalasının “heç şübhəsiz ki, Ordubadda olduğunu” yazır. Hörmətli müəllif tək Ziya Bünyadovun yazdıqları ilə kifayətlənir, digər vacib arqumentləri isə göstərmir. Nədən ibarətdir bu vacib arqumentlər? İlk olaraq onu xüsusi qeyd etmək yerinə düşər ki, 61 il döyüş gedən bir ərazidə hökmən həmən döyüşlərin nişanələri qalmalı idi. Nədən ibarətdir bu nişanələr? İlk əvvəl deyim ki, bu 61 illik döyüş hökmən həmən ərazidə yaşayan xalqın adında yaşamalıdır! Sübut? Buyurun, bu da sübut: Lerikin Barzəvu deyilən kəndində “Qosovoron” adlı qədim tayfa yaşayır ki, onlara el arasında “neqopyənışton” (öküzəminənlər) deyirlər. Hələ uzaq 1970-ci illərdə bu “neqopyənışton” termini ilə maraqlandım, kənd ağsaqqallarının verdiyi bilgiyə görə həmən bu Qosovorlar Babəkin qoşununda ərəblərə qarşı öküzlərin üstündə vuruşublar, hətta gizlincə qurulmuş təkyə vaxtı (bildiyimiz kimi Sovet vaxtı təkyələr gizlində qurulurdu) onlara gülüb “günahlarınızı yumağa gəlmisiz?” deyərdilər. İkinci bir “nişanə”: 61 il gedən bu döyüşlər hökmən həmən ərazinin toponimlərində yaşamalı idi. Məhz Lerik rayonundakı “Canqəmyon” (cəngin mərkəzi), “Canqinəvu” (cəng yeri) toponimləri həmən ərazilərdə qızğın döyüşlərin getdiyinin göstəriciləridir. Ordubadda və ya hər hansı bir ərazidə belə toponimlər varmı?

Bəzz qalasının Ordubadda olmamasını elə Ziya Bünyadov özü etiraf edir. Təbəriyə istinad edən Z.Bünyadov yazır: “Ərəblər Bəzzdə daşı daş üstə qoymadılar..” Əgər Bəzz qalasının “daşı daş üstə” qalmayıbsa, Əlincə qalası, və ya İrandakı “Babək” qalası necə Bəzz ola bilərdilər ki? Hər iki qala qismən də olsa, mövcuddurlar. Demək Bəzz qalasını, daha doğrusu həmən qalanın torpaq altında qalmış xarabalıqlarını yenə də Bəlləbırda “axtarmaq” gərəkdir. Daha sonra müəllif yazır: “Babək…. Araz çayından keçərək, Arran tərəfə qaçdı.” “Tarixçilərə” istinad edən müəllif Babəkin İrana qaçdığını yazsa idi, yenə də inanmaq olardı, axı Ordubaddan Arazı keçməklə yalnız İrana “qaçmaq” olar. Demək Z.Bünyadov burda da səhfə yol verib ki, (bəlkə də Z. Bünyadovun yazdıqlarını “müasirlər” məqsədli şəkildə, amma uğursuz, təhrif edirlər) az-çox Azərbaycan ərazisinə bələd olan istənilən şəxs Ordubaddan Arazı adlamaqla yalnız İran ərazisinə keçməyin mümkün olduğunu bilir. Nəzərə alsaq ki, Arazın Xürrəmilərin dövründəki təbii mənşəyi Muğandan keçməklə Xəzərə tökülürdü, onda Arazdan Arrana keçmək üçün hökmən Talış ərazisindən şimala üz tutmaq lazımdır ki, Babək də belə etmiş, şimal ərazilərinə çəkilərək, Şəki (Nuxa) hakimi Səhl Sumbatın yanına getmişdir…

(BUNU DA OXU: 136 yaşında ata olan, Ginnesin Rekordlar Kitabına düşmüş ilk TALIŞ – ŞİRƏLİ MÜSLÜMOV )

İstənilən xalq qəhramanının xalq tərəfindən verilmiş adının olduğunu bilirik. Məsələn İranlılar Səttarxana “Sərdari-Milli” (millətin sərkərdəsi) adını vermişdilər. Bəs əsil adı Həsən olan Babəkə niyə “Babək” adı verilib? Bəzi tarixi hadisələri araşdıranda görürük ki, Həsənin Bəzzə gəlişindən sonra həmən ərazidə bolluq yaranır ki, bunu da Həsənin ayağının yüngül (sayalı) olması ilə əlaqələndirirlər. Daha sonra Həsən uzun illər düşmənçilik edən iki böyük Talış tayfası (Kaspilər və Kadusilər) arasında umu-küsüyə son qoyur və onları özünün vahid rəhbərliyi altında birləşdirir ki, bütün bunlar da ona “Popok” (ayağı sayalı) adının verilməsinə gətirib çıxardır. Alimlərimizdən, ziyalılarımızdan, “Babəkşünaslardan” xahiş edərdim ki, Babək-Popok adının hər hansı bir dildə açmasını bilirlərsə, bizə də desinlər, daha həmən adın üstündən sükutla keçməsinlər.

Daha sonra İlkin balamızın “Xürrəmilərin üst-üstə 60 ildən yuxarı ərəb işğalçılarına qarşı Talış dağlarında mübarizə apardıqlarını” yazması, onun özünün də “müasir tarixçilər” tərəfindən saxtalaşdırılmış və heç bir əsası olmayan “tarixi faktlara” inanmadığını, sadəcə olaraq həmən saxta faktların bizim nəzərimizə çatdırmaq istədiyini anlamış oluruq.

Babək Talışlasrın milli qəhramanı olmaqla yanaşı, Azərbaycanımızın fəxri, azadlıq mübarizəsinin simvoludur!

Tofiq Nicat,
“Tolışon Sədo”, N: 02 (14), 14 yanvar 2012

Advertisements

6 şərh

    • Ona görə ki, Popok yalnızca İstuqlaliyyət üçün vuruşmurdu. Bir baxaq ki, İlk öncə Zərdüşt gəldi və dediki hər şey və hər kəs bərabər olmalıdır, sonra Mani və Məzdək onun, yəni, Zərdüştün davamçıları kimi eyni ideanı ( “Hər şey və hər kəs bərabər” ) təbliğ etdilər. Dah sonra isə bu ideyanı Hz. İmamlarımız təbliğ etdi. Və ən sonda isə bu ideanı Popok təbliğ etdi. Yeri gəlmişkən Zərdüştün də Talış oıduğunu bilməlisiniz, yəni, birbaşa olaraq bu idea Talışlara auddir, amma Hz. İmamların da təbliğ etməsi ,əlbətdə, Həsən adına bir izahdır. Digər bir şey isə odur ki, bu adı(Həsən) Popok yox atası-Mirdas və ya, anası-Məhru ona qoymuşlar. Sonradan Popokun adının dəyişməsi isə, özünün bu addan razı olmamasını göstərir, bəlkədə!!!

      Bəyən

  1. əzizlər Ziyad Bunyadovun dilindən verilən məlumat tamamı ilə təhrif olunmuşdu bu alim özu dəfələrlə deyib ki Babək Talış olub özudə 100 % hətta sağlığında çox yaxın tanıdığım insanlardan birinə demişdiki Lerikdə gör Babəkə aid nə tapa bilirsən gətir nə istəsən verərəm sənə təki Babəkin Talış olduğunu tarixçilərə subut edim

    Bəyən

  2. Babək adı Pəpok sözündən göterülüb.yəni Pakata mənasında.bu adı ona məbəddə xalqın istəyi ilə veriblər.xalq onu öz atası kimi qəbul edib.bu ad vaxtilə səsanilərin(səsıon-qırmızı başlar-qızılbaşlar)ilk çarı olan 1ci Ərdəşirin atasına verilib.qaldı Azəri və Azərbaycan adlarının necə yaranması və hansı xalqa mənsub olması:-bilirik ki,o dövrdə bu torpaqlar hamısı Iran adlanırdı.Iran sözünün də mənası arilər(ərion-əriyan)deməkdir.arilərin də içində özünü əsl ari(əri)sayan talışlar(kaspi,kəşü,kədüs)Azəri (mənəm əri,mən əriyəm)adını özlərinə qoymuşlar.Azərbaycan sözü də Azəribəjon sözündən götürülüb.yəni mənası Azəri olmuşlar deməkdir.bu cəm haldadır.Azəri dili ,yəni talış dili ən qədim dildir.bu dildən çox xalqlar öz dillərinin yaranmasında istifadə edib.məs:talışlar(azərilər)ataya Pə deyirlər,anaya Moə.Farslar Pədər,ruslar papa,italyanlar padra,ingilislər də həmçinin.(nəzərə alsaq ki,F və P hərfləri bəzi xalqların dilində bir birlərini əvəz edib.məs:fələstin,palestin.və s.patriarxal və matriarxal.

    Bəyən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma