İspan jurnalistin Talış klubunun azarkeşləri ilə bağlı təəssüratları – YAZI

xlƏn yüksək yerlərinə nəhəng beton divarların dayaq olduğu bu dağlar Bakının şimal rayonu Səbayılın sərhədlərini müəyyənləşdirdiyi kimi, paytaxtın susudurula bilməyən səs-küyünün də qarşısını kəsir. Bu bəndlər nə üçündür belə? “Zəlzələ olarsa, torpağın sürüşməsini və evlərin torpaq altında qalmasının əngəlləmək üçündür” – deyə yerli jurnalist İlkin Sultanlı mənə məlumat verir “Bayıl Arena”ya girərkən.

Azərbaycan Premyer Liqasının ən əhəmiyyətli oyunlarından birinin başlamağına 10 dəqiqə qalır və rayonda ən axrıncı hiss ediləcək şey bu oyunun ab-havasıdır.

Ətrafında neft buruqları, pis asfalt yolların, balaca ağ evlərin olduğu Səbayıl, Xəzər sahillərindəki balaca bir kənd kimidir – hər halıyla göstərir ki, bura Bakının ən çox əhalisi olan və kasıb hissəsidir. Buralar da özüylə otellər, parklar, gözəl yollar və restoranları gətirəcək vertikal inkişaf üçün öz növbəsini gözləyir. Hazırda isə burada taksi dayanacağı, kiçik biznes üçün alış-veriş mərkəzi, nişan banketlərin qeyd edildiyi bir yer və təbii ki “Bayıl Arena” var.

“Bu stadionun ən pis tərəfi odur ki, heç kəs olmur burda, çünki “Rəvan”ın azarkeşi yoxdur” – deyə davam edir İlkin. 6000 nəfərlik stadionda hardasa 800 yer tutulub, ən böyük və səs-küylü azarkeş qrupu, “Caspian Ultras”, qeyri-şərtsiz “Xəzər Lənkəran” azarkeşləri öz komandalarını müşaiyət etmək üçün səfərbər olublar. “Rəvan”ı isə sadəcə, klubun aşağı yaş komandalarından 40 yeniyetmə dəstəkləyir…

Başlanğıc fitindən 2 dəqiqə sonra gəldiyimiz oyunun səviyyəsinə şahid oluruq. “Rəvan”ın mərkəz oyunçusu topu öz qapıçısına ötürür, Əzizli, heç bir təzyiq olmamasına baxmayaraq düzgün pas ata bilmir və topu mükəmməl bir assistlə “Xəzər Lənkəran”ın hücumçusu Budaqova hədiyyə edir. Ona qalan isə topu sadəcə olaraq içəri yollamaq olur ki, bu da həmin dəqiqələrdə öz komandasının liqadan düşməkdən qurtarmaq demək idi.

İlk hissənin fasiləsində İlkin məni ultrasın olduğu tribunaya aparır, fanatlar onlara maraq göstərən xarici bir jurnalisti görməkdən olduqca məmnun olurlar və bütün bacarıqlarının nümayişinə başlayırar: çığırışmalar, mahnılar, qeyri-adi üz ifadələri, beldən yuxarı soyunmalar, şişirdilmiş qollar, rəqslər, kağız atmalar, məşəllər “Xəzər”ə uyğun paltarlar. Xoşbəxtlikdən, davamı təbii şəkildə gəlir və tezliklə azərbaycanca şüarlar Premyer Liqanın dəbdə olan mahnısıyla davam edir: gur kişi səsi ilə, ürəkdən və sanki həyatlarının mahnısı imişçəsinə qışqırırlar: “Sex, sex, sex on the pitch! Sex, sex, sex on the pitch!”

Ferrer Alkover, “Marcacdorint” (İspaniya)

Tərcümə etdi: futbolpress.az

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma