Farsları darmadağın edən qədim Talışlar – Kadusilər

kadusiyaƏhəməni imperiyasinda Midiya satraplıqının dağlıq vilayəti Kadusiya adlanır.

Buralar Hirkan okeanının cənub-qərbində yerləşir, buranin əsas əhalisini döyüşkən Kadusilər təşkil edir. Buna baxmayaraq 2-ci Kirin dövründən başlayaraq hakimiyyətə olduqca loyal olan bu xalq (bunun səbəbi Mərkəzi hakimiyyətin onların daxili işlərinə qarışmaması idi), 2-ci Artakserksin yeritdiyi ekspansionist siyasətin nəticəsində onların daxili muxtariyyəti ləğv edildi və bu Kadusilərin üsyanına səbəb oldu.

Kadusilər ilk olaraq yaxınlıqdakı ən böyük əhməni qarnizonunun yerləşdiyi Amul şəhərinə hücum edib, sayca onların 2 qatı olan Farsı məhv etdilər. Bu səbəbdən olduqca qəzəblənən 2-ci Artakserks Kadusiyaya Lidiya satrapı Tribazus və Midiya satrapı Datamesə qoşun yığıb şahın paytaxtdan gətirəcəyi orduya qoşulmağı əmr edir və üsyanı yatırmaq üçün 320 minlik ordu yığır.

Kadusilər Fars ordusunun dağlıq ərazidə döyüş aparmağa öyrəşmədiyini bildikləri üçün bundan məharətlə istifadə edib onları dağlıq ərazinin içlərinə çəkir. Üsyanın yatırılması uzanır və ordu aclıq çəkməyə başlayır. Mərkəzi ordunun demoralizasiya olduğunu görən Kadusilər öz elit ağir suvarilərini döyüşə atır və döyüş ruhunu itirmiş fars ordusu geri çəkilməyə başlayır. Bu vaxt əvvəlcədən onların geri çəkilmə yolunu baqlayan Kadusi dəstələri onları məğlub edir. Bu hadisədən sonra Artakserks Kadusilərlə müqavilə bağlayır və onların daxili işlərinə qarışmayacağına söz verir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma