Bu saytlarda Talışlar barədə yazmaq qəti qadağandır – SİYAHI

stop2İnkişaf etmiş ölkələrdə media tərəfsiz və azad olmağa can atsa da, Azərbaycan kimi dünyanın ikinci və üçüncü dərəcəli ölkələrində media əsasən iki yerə bölünür: Müxalifyönümlü və iqtidaryönümlü media.

Azərbaycanda iqtiadryönümlü saytların və digər media orqanlarının Talışların və digər xalqların mədəniyyətini ancaq məşiət səviyyəsində təbliğ etdiyindən hər kəs xəbərdardır. Lakin müxalifətyönümlü saytlar arasında elələri vardır ki, Talışların və digər köklü milliyətlərin mədəniyyəti, tarixi haqda qəsdən təhrif olunmuş və ancaq neqativ məlumatlar dərc edir.

Aşağıdakı siyahıda həmin mətbuat orqanlarını sizə göstərəcəyik.

 

1) Azadlıq Radiosu

ABŞ Konqresindən maliyyələşən Azadlıq Radiosu dünyanın bir-çox ölkələrində yayımlanır. Lakin radionun Azərbaycandakı saytı 2013-cü ildən etibarən buranın köklü və yekdil xalqları olan Talışlara, Ləzgilərə və Tatlara qarşı qərəzli mövqe göstərməkdədir.

Hər şey ondan başladı ki, 2014-cü ilin yanvarında saytdakı Talışlar, Ləzgilər, Kürdlər barədə yazılar birdən-birə saytdan silindi və bunun heç bir izahı verilmədi. Daha sonra isə saytda silsilə türklərin xeyrinə təhrif edilmiş məlumatlar dərc edilməyə başladı.

Saytın redaktoru Zeynal Məmmədovun və yazarı Sevda İsmayıllının raketçilik etməsi barədə şayələr dolaşmaqdadır. Onlar Türkiyə və Azərbaycandakı müəyyən qüvvələrdən maliyyə yardımı alaraq saytda türklərdən başqa etniklər barədə müsbət məlumatların dərc edilməməsi barədə öhdəlik götürüblər.

İlk baxışdan yazdıqlarımız sizə real görünməyə bilər. Lakin saytın arxivinə nəzər salaraq orada ancaq türklər barədə məlumatların olduğuna şahid ola bilərsiz. Türklər barədə məlumatların verilməsinə pis baxmasaq da, bir millət haqqında 100-dən çox məlumat dərc edib digər milliyətlərin tarixi, mədəniyyəti haqqında bircə dənə də məlumatın olmaması və mövcud olmuş məlumatları silməsi media orqanının qərəzliliyinin göstəricisidir.

 

2) Axar.az

Axar.az saytı son illəri ictimaiyyət arasında “Jailə Media”sının tərkib hissələrindən biri sayılsa da, bu saytın əsas yönümü Türkiyənin maraqlarını Azərbaycanda təbliğ etməkdir.

Sayt gün ərzində Türkiyə barədə ən çox məlumat yayan media orqanı sayılır. Bütün məlumatlar Türkiyənin xeyrinə təhrif olunur. Ərdoğana, Türkiyəyə qarşı dünyada olan tənqidlər gözümçıxdıya salınır, Türkiyənin mövqeyi ilə razılaşmayan siyasətçilər təhqir olunur.

Saytın ikinci yönümü isə başda Kürdlər olmaqla Talışlar, Ləzgilər və digər Qafqaz millətlərini alçaltmaq, tarixini, mədəniyyətini təhqir etməkdir.

 

3) Publika.az

“Jalə Media”sının daha bir məhsulu olan bu sayt yönümünü axar.az saytına oxşar qurmuşdur. Lakin sayt eyni zamanda Türkiyənin maraqlarını təbliğ edən siyasi təhrifə malik yazılar yayımlamaqdadır.

Publika.az da axar.az kimi Azərbaycanın dövlət maraqlarına zidd, Türkiyənin dövlət maraqlarına isə xoş olan istənilən məlumatı dərc etməyə maraqlıdır.

 

4) Amerikanın Səsi

Amerikanın Səsi media orqanı ABŞ-dan maliyyələşir. İnsafən qeyd etmək lazımdır ki, sayt etnik münasibətdə balansı qorumağa çalışır.

Lakin saytda ara-sıra Azərbaycandakı milliyətlərin tarixini saxtalaşdıran məlumatlara və yazılara da rast gəlmək mümkündür.

 

Əgər siz də Azərbaycandakı saytlar arasında qərəz görürsünüzsə bunu şərh bölümündən bildirə bilərsiz.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma