İsmət İnönünün tarixi çıxışı: “Turançılar türk millətinə bəla və fəlakət gətirmək istəyir”

inonuİkinci Dünya Müharibəsi illərində Türkiyədə bir hərəkətlənmə və təşkilatlanma vardı. Bundan narahat olan hökumət irqçi və Turançı kimi tanınanlarla bağlı əməliyyatlar keçirməyə başlayır. O səbəblə də aktiv turançılar təqib olunur və məhkəmələrə çəkilir. Bütün bu olaylar İsmət İnönünün prezidentliyi dönəmdə baş verir.  Bu hadisələrlə bağlı dönəmin prezidenti İsmət İnönü 1944-cü il mayın 19-da məşhur çıxışını edir və çıxışında turançıları kəskin tənqid edir. Həmin çıxışı təqdim edirik:

İnönü dövlət siyasətlərinin “ölkədən kənarda sərgüzəşt axtarmaq fikrindən” uzaq olduğunu bildirərək turançıları da tənqid edirdi:

Turançılar türk millətini bütün qonşuları ilə düşmən etmək niyyətindədirlər. Türk millətinin müqəddəratını onların şüursuz və vicdansız hərəkətlərinə qurban verməmək üçün əlbəttə, ölkənin bütün imkanlarından yararlanacağıq. Onların fitnə törədərək gəncləri və saf vətəndaşları aldadan fikirlərini millət qarşısında açıq deyə bilməyəcəyimizi sanırlarmış.

Onlar aldanmışlardır, daha da aldanacaqlar.

İndi isə vətəndaşlarımdan iki suala cavab tapmalarını istəyirəm:

news-detail

İrqçilər və turançılar fikirlərini gizli surətdə yayırlar. Nə üçün?

Sual edirəm, gizli surətdə yayılmağa cəhd göstərilən fikirlər ölkədə qandaşlar arasında yayıla bilərmi? Gəlin görək, Şərqdən və Qərbdən olan ölkələr özlərini Turan cəmiyyətlərinin təsirinə salarlarmı? Dövlətin qanunları və əsas təşkilatı ayaqlar altında qaldıqdan sonra bəlkə bu zaman onlar ortaya çıxa bilərlər. Hazırda bəzəkli fikirlər pərdəsi altında həqiqətən də Cümhuriyyətin və Böyük Millət Məclisinin mövcudiyyəti əleyhinə aparılan işlərlərlə qarşı-qarşıyayıq. Təşkilatçılar on yaşlı uşağımızdan biz yaşda olanlara kimi hissə-hissə, mərhələ-mərhələ hamımızı aldatmaq iddiasındadırlar.

Vətəndaşlarımdan ikinci sualımı soruşuram:

Onlar dünyada baş verən hadisələrin indiki durumunda Türküyənin irqçi və Turançı olmasını tələb edirlər. Soruşuram, bunlar bu fikirləri ortaya atmaqla kimin dəyirmanına su tökürlər?

Bu fikirlərlə Türk millətinə yalnız bəla və fəlakət gətirmək istəyənlərin bu millətə heç bir xidmətlərinin olmayacağı bəllidir. Onların bu hərəkətlərindən yalnız xarici qüvvələr faydalanacaq.

Görəsən bunlar xarici güclərə bilərəkdənmi xidmət edirlər? Həmin o qüvvələr ölkəmizdə fitnə törədənləri idarə edəcək qədər onlarla yaxındırlarmı? Bu gün bu barədə qəti fikir söyləmək olmur. Ancaq xarici qüvvələrə xidmət etmək və onlarla işbirliyi qurmaq heç bir vaxt nə bu ölkəyə, nə də Türk millətinə fayda verməyəcək. Bundan ancaq və ancaq xarici qüvvələrin yararlanacağı bir həqiqətdir.

Əziz vətəndaşlarım!

Əmin olun ki, vətənimizi bu yeni fitnəçilərdən də müdafiə edəcəyik”.

Təqdim etdi: Rəşad Sahil 

Admiral.az

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma