Teymur Ləngin Talışlar barədə qeydləri: Abeskun dənizinin sahillərində

teymur2… Gilandan sonra mən Talış torpağına istiqamətləndim. Onların kişiləri haqqında deyirdilər ki, onlar Abeskun dənizi ətrafında yaşayan xalqlar içərisində ən ağıllı və güclülərdir. İstəyirdim ki, görəm onlar mənimlə döyüşə tab gətirə bilərlərmi?

Talışa daxil olarkən mən Abeskun dənizinin digər ölkələrindən kəskin fərqlənən bir ölkə gördüm. Talış kişiləri və qadınları böyük və cüssəli idilər. Talış kişilərinin səsi o qədər gur idi ki, bir dağda dayanan talış digər dağdakı ilə rahat danışa bilirdi. Məni həm də burda olan itlər təəccübləndirirdi. Onlar iri və o qədər güclü idilər ki, arabanı at kimi darta bilirdilər. Talış ölkəsində maralların bir çox növü yaşayırdı ki, qış vaxtı onları arabaya qoşub müxtəlif yükləri daşıya bilirdilər. Amma mənim orda olduğum vaxt maralları meşəyə buraxırdılar, yaz və yayda onlardan daşıma heyvanı kimi istifadə etmirdilər. Talışda Haşam(Hamoşam) adlı şəhəri gördüm və oranın başçısının adı Dai idi. Dai mənim yaxınlaşdığımı eşidib, şəhərə daxil olmağımdan əvvəl məni qarşılamaqçün çıxdı və bir kəl kəsib ayağıma atdı. Haşam şəhəri balaca idi. Yemək zamanı suyunda bişirilmiş maral gətirdilər. Bundan sonra mən Daiyə dedim ki, mənimlə güclərini sınamaq üçün o bir neçə talış kişisini dəvət etsin. Dai cavab verdi ki, “Əmir, çox xahiş edərdim ki, bu istəyinizdən vaz keçəsiz, əgər qalib gəlsəz belə bu sizin böyük şöhrətinizə bir şey əlavə etməz və əgər qalib onlar olsalar onda əziz və hörmətli qonağıma qarşı hörmətsizlik olardı”. Cavab verdim: “Xeyirxah insan, mənim məqsədim – özümü sınamaqdır ki, istərdim biləm özümdə əvvəl olan gücüm qalıb yoxsa o artıq yoxdur”.
Dai əmr etdi və enlikürək, əzələli əlləri olan iki cavanı gətirdilər. Onlardan biri mənim boyumda, digəri isə bir qədər alçaq boyda idi. Mən özümü rahat hiss etmək üçün üst geyimimi soyundum və mənimlə eyni boyda olana işarə etdim ki, mənə yaxınlaşsın. Mən ondan soruşdum ki, mənlə danışa bilərmi? O mənə talışların dilində nəsə dedi. Bu dili farsiyə oxşayırdı. Mən dedim ” düşünmə ki, mən əmirəm, məni özünə bərabər biri kimi bil və çalış var gücünlə mənim qolumu bük”.

Bunu deyib ayaqlarımı aralı saxladım, barmaqlarımı enli açıb qolumu önə verdim və o cavanın barmaqları mənimkilərlə birləşdi. Qaydaya görə güclərini yoxlayan kişilərin hər biri digərinin ovucunu sıxıb onu aşağı əyməli idi və rəqibin əlini diz nahiyyəsinə vuran qalib gəlirdi.

Mənim rəqibim var güclə qolumu bükməyə cəhd etsə də buna müvəffəq olmadı, mən isə uzun müddətə yavaş-yavaş onun əlinə təzyiqi artırdım və sonda əli dizinə çatdı. Həm yerli əhali, həm də mənim əsgərlərimdən ibarət izləyicilərin gur alqışı ilə qopdu. Mənim rəqibim-talış, onun əlini buraxandan sonra dedi: “ey əmir, sən çox güclüsən!”. Mən bir neçə qızıl bağışladım və onun sevindirdim.

Bundan sonra istədim ki, həmin qaydada ikinci rəqibimlə öz gücümü yoxlayım, lakin o dedi :” ey əmir, mənim həmkarım məni gücdə xeyli üstələyir, sən ona qalib gəlmisən və məni də asanlıqla məğlub edərsən. Mən səninlə yarışa bilmərəm”. Mən ona da qızıl bağışladım və hər ikisini sərbəst buraxdım.

Talış torağının maraqlı xüsusiyyətlərindən biri də o idi ki, burada bir neçə uzun və enli yarpaqları olan, iri ağaclar bitirdi. Onların bəzilərinin ortasından demək olar ki iki yüz yaşıl rəngli meyvə bitən, meyvələri nazik yelpənəyi xatırladan bir budaq çıxırdı. Mənə dedilər ki, bu ağacın adı “şəcərəye mouz”dur(banan ağacı) və o yalnız bir il yaşayır və bar verəndən sonra quruyur, tələf olur. Və talışlar onun gövdəsinin bir hissəsini- bir ovuc boyda kəsərək torpağa basdırırlar və növbəti ildə ondan yeni ağac bitir, bar gətirirdi.

Mənim Talışda olmağım çox çəkmədi, həm də ona görə ki bu ölkədə qalmaqçün yetərli qədər vaxt yox idi. Əgər mən burda ləngisəydim yürüş üçün əlverişli vaxtı itirmiş olardım. Mən istəyirdim ki, Bağdada kimi çıxım və nə vaxtsa Hülakü xanın tutduğu torpaqlara yiyələnim. Əgər mən Bağdada birbaşa Talışdan getsəydim, bir müddət sonra keçilməz dağlarda ilişərdim. Talışdan qayıtmaqçün buradan şərqə, Abeskun dənizinin sahili ilə Qəzvin tərəfə çıxmalıydım ki, buradan Bağdada yol açılırdı.

Mən Haşam şəhərinin başçısı Daiyə dedim ki, hər nə vaxt ki ona kömək lazım olsa, mənə dərhal müraciət etsin və bilsin ki, mən onun köməyinə tələsərəm və əgər özüm gələ bilməsəm, mütləq öz sərkərdələrimdən birini ordu ilə köməyə göndərəcəm. Baxmayaraq ki, Talış Mavərənnəhr və Xarəzm istiqamətində deyildi mən orda da iki göyərçin poçtu qülləsini inşa etdirdim ki, Dai ilə birbaşa poçt rabitəm olsun.

Tərcümə etdi: Səhət Varsaman

Əmir Teymurun Talışlar barədə fikirləri Marsel Bironun kitabında ətraflı verilmişdir

Mənbə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma