Talış meşələri belə dağıdılır – Bu gedişlə Lerikdə ağac qalmayacaq

lerik.jpgSon günlər Lerik rayonu ilə bağlı silsilə yazılar paylaşılır.

Dosye.org saytının elektron ünvanına sözügedən rayonla bağlı daha bir şok doğuracaq məlumat daxil oldu. Belə ki, Lerik rayonunda Brkandul meşələri müəmmalı şəxslər tərəfindən talanır. Təəssüf hiss ilə qeyd etməliyik ki, cənub bölgəsinin dilbər guşələrindən olan Lerik rayonu acınacaqlı günlərini yaşayır.

Dosye.org-ın əldə etdiyi məlumatlara əsasən meşələrin məhvinə şərait yaradan meşəbəyi Tehran Ağayev və meşə gözətçisi Rəsul Bəndiyevdir. Digər bir məlumatda o da vurğulanır ki, İltifat Hüseynov adlı şəxs yuxarıda adı hallanan Tehran və Rəsulla əlbir olaraq ağacların doğranıb məhv edilməsində birbaşa iştirak edir. Lakin rayonda hüquq mühafizə orqanlarının məsələyə biganə yanaşması olduqca üzücüdür.

Bunlardan əlavə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun susqunluğu heç də başadüşülən deyil. Fotolardan da aydın görünür ki, Lerikdə meşələr kütləvi şəkildə məhv edilir və hal-hazırda da sürətlə davam edir.  Əslində rayonda təbiətin məhvi kimlərinsə şəxsi maraqlarına qurban verilir. Etiraf edək ki, Lerik RİH-nin başçısı Rövşən Bağırov qeyd etdiyimiz bütün neqativ halların canlı şahididir.

Ən azından icra başçısı məlumatlıdır ki, Brkandul meşələri hansı yolla talanır. İstər icra başçsı tərəfindən, istərsədə nazirlik tərəfindən məsələ təkzib edilərsə, deməli hər iki qurum həvalə olunan işləri icra edə bilmir. Yox, əgər məsələ təsdiqini taparsa deməli adı hallanan qurumların razılığı alınıb. Bu istiqamətdə araşdırmalarımız davam edir.

13700222_1725409457722218_622887299992485133_n


13726678_1725409524388878_5809224679540569104_n


13729159_1725409624388868_892504817937893519_n


13754641_1725409367722227_2186893513999281111_n


Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma