Talışların tarixi əraziləri və real sayı

rengelsTalış – Xəzərin sahilində, Azərbaycan Respublikasının cənub-şərq və İran İslam Cümhuriyyətinin şimalında yerləşən ərazinin coğrafi adıdır.

Bu ərazi Muğandan başlayıb, Əlborz dağlarına bənd olan eyniadlı Talış dağları boyunca yerləşir. Ərazinin yerli xalqı da buna uyğun olaraq talışlar adlanır. Bu xalqın hardan gəldiyi haqqda heç bir real fakta rast gəlinmir.

Talış xalqının dili hind-avropa dil ailəsində iran dil qrupunda yerləşir, tati(talış) dialektlərinə aid edilir.Sayları tam bilinməyən lakin öz milli xüsusiyyətlərini hələ də itirməmiş bu toplum əsrlərin süzgəcindən uğurla keçə bilmişdir.

Talışların ən yaxın qohumları Xəzərsahili digər irandilli xalqlar-giləklər və mazandaranlılardır. Öz folklor və adət-ənənələrinə görə bu xalqlar olduqca yaxındırlar.
Talış ərazisi və o cümlədən talışlar çox az tədqiq edilmişdir.

Tarixşünasların yekdil qənaətinə əsasən talışların bəlli əcdadları qədim çağın döyüşkən milləti olan kadusilər olmuşdur. İran şahlarının bu xalqla müharibədə uğursuzluqları onların hansı qüdrətə sahib olduğunu göstərir. “Kadus” sözü bildiyimiz “müqəddəs” sözünün ilk variantı hesab etmək olar. Bununla belə təkcə kadusilər talışların etnogenezində iştirak etməyib. Bura həmçinin kadusilərə yaxın olan maqları, kaspiləri, gelləri və madayları aid etmək olar. Bu adlar içində Muğan və Qəzvin adlarının necə yarandığını bəlli etmək olar.

Yuxarıda dediyimizə əsasən talışların həqiqi sayı tam bəlli deyil. Qeyri-rəsmi mənbələrdə talışların sayı Azərbaycanda 2 milyon, İranda isə 3 milyon civarında göstərilir. Biz bu sayı hələlik yalnız linqvistik olaraq talış olan əhalinin sayı ilə məhdudlaşdıra bilərik. Talış dilinin hazırki linqvistik sərhədləri təxmini olaraq Viləş çayı qeyd edilir ki, bu da Masallı rayonun Ərkivan qəsəbəsinin ərazisinə kimi olmağı deməkdir. Bununla belə bu zolaqdan şimalda da çoxlu anklavlara rast gələ bilərik.

Cənub sərhəddi Gilanda Ənzəli, Fumən və Deyləman bölgəsində hesab olunur. Buna baxmayaq bu zolaqdan kənarda da yenə çoxlu talış kəndlərinə rast gəlinir. Gilanda, Mazandaranda, Ərdəbildə, Qəzvində, Xalxalda yaşayan və tat adlanın etnos da talışlara aid edilir və bunu da nəzərə alsaq Talış zolağının Tehran və yaxud da köhnə Rey dərvazəsinə kimi gəldiyini görərik. İran Azərbaycanın müxtəlif nahiyyələrində də bu cür talışzəban məntəqələr çoxdur və hazırki çağda da qalmaqdadır. Bəs bu xalqın arealının tədricən kiçilməsinin nədəni nə olmuşdur?
Əgər əvvəldə çəkdiyimiz bölgələri araşdırsanız burda aktiv gedən “türkləşmə” prosesinin şahidi olacaqsız. Talış dili heç bir ölkədə heç bir xüsusi statusa malik deyil. Talış dilinin son əsrdə sürətlə sıradan çıxması prosesi gedir. Bu prosesi əhalinin şəhərə köçməsi, kəndlərin boş qalması, talış dilinə marağın olmaması, talışların öz tarixi haqqda heç bir tarixi biliklərinin olmaması, Türkiyədən gələn radikal islamçı türkçülüyə və manqurtlaşmağa hesablanmış tarix dərslikləri, talış dilinin “psevdotədrisi”dir. Hərçənd bu millətin tarixini bilmək Azərbaycanımızın yalnız xeyrinə olardı.

Talış öz xanlığını itirib Rusiya və Qacar İranı arasında bölündükdən sonra bu xalqa “sahib” çıxan olmadı. Çar dövrü dəyişiklikləri və Sovetin repressiyaları bu bölgədən də yan keçmədi. Talış şairi Zülfüqər bəy və neçə-neçə görkəmli din, ictimai xadimlər öz yurdlarından didərgin düşdü. Yardımlı, Lerik, Astarada neçə-neçə talış kəndləri sürgünə məruz qaldı. Talış bu günə də dözdü və indi İran və Azərbaycanda digər xalqlarla bərabər müstəqil ölkədə yaşayır. Lakin yenə də bu xalqın dadına çatan yoxdur. Azərbaycanda Türkiyədən gəlmə radikal şovinist yığınları bu milləti “görmək” istəmir. Bu cür şəraitdə belə biz deyə bilərik ki, ölkənin bir ayrılmaz hissəsi kimi talışın da digəri kimi tam haqqını almaq ixiyarı var. Niyədə olmasın..?

Məgər biz Finlandiyada yaşayan dili rəsmi olan 5% isveçlidən əskik olduq? Ya da Birləşmiş krallıqda yaşayan uelslilərdən? Əlbəttə ki, yox…

Mənbə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma