Dünyanı heyran qoyan Talış nənələr

nenelerAmerikalı rejissor qrup üzvlərini sənədli filmə çəkib. Bir neçə gün öncə isə, qrupun ən yaşlı üzvünə Rusiya kinematoqrafçıları tərəfindən bədii filmdə çəkilmək dəvəti gəlib.

Musiqinin yaşı bəşər övladının yaşı ilə eynidir. Mahnı isə musiqinin ən populyar janrıdır. Daşığın, sözlərin yaranmasından sonra isə, sözlü mahnı, yəni musiqi ilə şeiri ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı.

Mahnılar ifa olunduqca cilalanır, yadda qalır, sevilir və nəsildən-nəsilə ötürülürdü. Zaman keçdikcə də mahnıların sırasında ən çox xalq mahnıları üstünlük təşkil etməyə başladı.

Azərbaycanda xalq mahnılarının müəllifi, sözüz ki, “xalq” deyildi, konkret şəxslər idi. Amma o dövrlərdə musiqilərin nota alınmaması və ya səsyazma sistemi olmadığı üçün, belə mahnı müəlliflərinin adı unudulur və məşhurlaşan bu mahnılar “xalq mahnısı”na çevrilirdi.

Əmək mahnıları

Xalqın həyatı, mübarizəsi, sevinc və kədəri xalq mahnılarında öz əksini tapır. Xalq mahnılarımız mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına görə bir neçə qrupa ayrılır. Məsələn, mərasim mahnıları, məişət mahnıları, tarixi mahnılar və əmək mahnıları.

Lənkəranın “Nənələr” folklor ansamblı

Əmək mahnıları xalq yaradıcılığının ən qədim janrıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlıqla bağlıdır. Azərbaycanda Masallı, Lənkəran, Lerik və Astara rayonlarında oxunan əmək-rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirdilər. Bu mahnılara misal olaraq “Həsiri basma dolan gəl”, “Ha yordu-yordu” “Ay lolo” və sair göstərmək olar.

“Nənələr”

Talış və Azərbaycan xalq mahnılarının, bayatıların qrup halında mahir ifaçıları Lənkəranın Separadi kəndinin sakinləri olan “Nənələr” folklor ansamblıdır. Bu qrupun hazırda 6 üzvü var: Quliyeva Xanımbacı, Əhədova Qızvəs, Kərimova Gülbəzək, Məmmədova Şərəf, Məmmədova Mahirə və Məmmədova Nahidə.

Qupun üzvü Gülbəzək Kərimovanın dediyinə əsasən, mərhum prezident Heydər Əliyev 1997-ci ildə Lənkərana səfəri zamanı qrupa “Nənələr” adının verilməsini təklif edib və onlar da bu təklifi qəbul ediblər. Həmin vaxtadək ansambl “Bacılar” adlanıb.

“Babamın oğlu olmayıb, 4 qızı olub. Babam qızlarına, yəni anamla xalalarıma həm talışca, həm də azərbaycanca mahnılar oxuyub və oxuduğu mahnıları öyrədib. Hətta nənəm qoyun dərisindən qızları üçün qaval da düzəldib. Bacıların yaşda böyük olanı mənim rəhmətlik anam olub. Qrupa rəhmətlik anam rəhbərlik edib, o da vəsiyyət edib ki, “mən öləndən sonra qrup dağılmasın”. İndiki qrupda bacım anamın yerinə gəlib, mən isə rəhmətlik xalamın yerinə gəlmişəm. Xalam həm də mənim qaynanam idi”, — G. Kərimova danışır.

Qeyd edək ki, qrupdakılar bir ailənin üzvləridir: iki bacı və iki gəlin. Qrupun ən yaşlıları Quliyeva Xanımbacı və Əhədova Qızvəsdir. Ansambılın bədii rəhbəri Fərhad Məmmədovdur.

“Toylarda 3 gün oxuyardılar”

Fərhad Məmmədov G. Kərimovanın qardaşıdır: “Fərhad, həm də Separadi kənd Folklor Evinin müdiridir. Biz ölkədə keçirilən, demək olar, bütün festivallarda iştirak etmişik. 5 festivalda uğurla çıxış etdiyimizə görə diplomlar da almışıq. Bizim oxuduğumuz “Ay lolo” mahnısı isə 2012-ci ildə “Grand” mükafatına layiq görülüb. Mükafatı bizə mərhum İlhamə Quliyeva təqdim etdi. Respublika səviyyəsində keçirilən bütün tədbirlərdə iştirak etmişik”.

Məlumat üçün bildirək ki, ötən əsrin 70-ci illərində yaranan ansamblın repertuarında Azərbaycan və talış dillərində 100-ə yaxın mahnı və bayatı var. Məsələn, “Ay lolo”, “Gəl gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi” və sair. Lakin Gülbəzək Kərimovanın bildirdiyinə görə, qrup rəsmi olaraq 1982-ci ildə fəaliyyətə başlayıb.

“Lənkəranda mədəniyyət şöbəsinin müdiri var idi — Şövkət xanım. Onun qaynı qızı bizim gəlindir. Toy vaxtı idi, gəlib anamgilin ifasını gördü və bundan sonra onları dəvət etdi, Lənkəranda məşqlərə başladılar. Ondan sonra anamgil artıq məşhurlaşmağa başladılar. Lakin o vaxtadək bütün toylarda iştirak ediblər. O vaxt evlərdə düz 3 gün toy olardı və mənim rəhmətlik anam və xalaların — 4 bacı həmin toylarda iştirak edirdilər. Hətta mənim qardaşım 1971-ci ildə əsgərliyə gedəndə anam onun üçün dayanmadan 3 saat mahnı oxudu”, — G. Kərimova deyir.

Onun sözlərinə görə, anasıgil mahnıları bədahətən oxuyarmışlar: “Mahnıların əksəriyyətini özləri bəstələyiblər. Məsələn, əkinçiliyə həsr olunan “Dona miravari” mahnısı. Repertuarımızda yazın gəlişi və yazda torpağın oyanışına həsr olunan mahnılar da var ki, bunlar həm talış xalq mahnıları, həm də öz bəstələrimizdir. Bunlardan ən məşhuru “Ay lolo” mahnısıdır”.

Xarici ölkələrdən dəvətlər

2005-ci ildə müğənni İlqar Muradov və Avstraliyadan olan bir turist “Nənənlər”in qonağı olub. Avstraliyalı qonaq “Nənələr”in mahnılarını dinlədikdən sonra, onları ölkəsinə dəvət edib. Lakin ansamblın yaşlı üzvləri razı olmayıblar.

Bir müddət sonra isə “Nənələr” Sevda Ələkbərzadə və “Natiq Ritm Qrupu” ilə birgə “Ay lolo” xalq mahnısının yeni versiyasını oxuyub. 2014-cü ildə isə ABŞ-dan olan kinorejissor Azərbaycanda sənədli film çəkərkən nənələri də lentə alıb. Bir neçə gün öncə qrupun ən yaşlı üzvü olan Quliyeva Xanımbacı Rusiya kinematoqrafçıları tərəfindən bədii filmdə çəkilmək dəvəti alıb.

Qrupun ən yaşlı üzvünün 86, ən cavan üzvünün isə 52 yaşı var. “Nənələr” folklor qrupunun bədii rəhbəri Azad Kərimli çoxdandır ki, nənələrlə birgə fəaliyyət göstərir. Onların ölkə miqyaslı tədbirlərdə iştirakına yaxından köməklik göstərən bədii rəhbər, ağbirçək nənələrimizə hər zaman dəstəkdir.

Qrupun hazırda 6 üzvü var: bacı olan 2 qaynana, onların 2 gəlini və gəlinlərin gəlinləri.

Sputnik Azərbaycan

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma