İNANILMAZ: Dünyanın ən qədim kitabəsi Cəlilabadda tapıldı – FOTO

mezarCəlilabad rayonunun Ləkin kəndindəki Talışlara aid qədim qəbiristanlıqda üzərində qeyri-adi yazılar olan məzar daşı aşkarlanıb.

Eramızdan əvvəl VI-IV minilliyə aid olduğu güman edilən bu tapıntının hər iki üzündə müxtəlif işarələr əks olunub. Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Cəlilabad Tarix və Diyarşünaslıq Muzeyinə verilib. Məzar daşının üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının və 7 müxtəlif ölkənin tarixçi alimlərinə müraciət edilib.

Yazını hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin işini çətinləşdirən isə indiyə kimi yazılı ədəbiyyatlarda bu kimi işarələrə rast gəlinməməsidir.

Arxeoloji nümunəni aşkar edən tarixçi Elşad Əmənovun sözlərinə görə, çox güman ki, başdaşı üzərindəki yazılar qədim dini inanclarla bağlı astronomik təsəvvürləri göstərir.

O bildirib ki, başdaşının tapıldığı qəbiristanlıqda geniş arxeoloji tədqiqatların aparılması bu işarələrin oxunmasına yardımçı ola bilər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma