Türkiyənin azadlıq adı altında Azərbaycanı işğalı – 35 min azərbaycanlı niyə öldürüldü?

Ola bilsin yazım bir az uzun oldu,amma yazacaqlarım ADR hökuməti və müsavat Arxiv materiallarındandır.
Osmanlının Bakını işğal etmə planı 1918 ci il fevral ayından hazır idi və sadəcə beynəlxalq qınaqdan çəkinərək məqam gözləyirdi.Məqamsa 1918 ci il Mart soy qırımı oldu.Şərq Orduları komandanı Kazım Qarabəkir paşanın ixtiyarındaki ” 5-ci ordu ” nun adını dəyişərək ” Qafqaz İslam Ordusu ” adı altında ədliyyə naziri Ənvər paşanın qardaşı Nuru paşanın sərəncamına verərək Qafqaz istiqamətində irəlilətdi. Beləki osmanlı işğal qüvvələri qafqaza daxil olarkən, əvvəlcə daşnaklarla SÖVDƏLƏŞMİŞDİRLƏR. Daşnak komandanlığı müəyyən GÜZƏŞTLƏR qarşılığında osmanlıya qarşı vuruşmamaq öhdəliyi götürmüşdürlər. Bu güzəşt isə Daşnak Ararat respublikasını tanımaq və İrəvanın bu dövlətə paytaxt kimi verilməsindən ibarət idi. Osmanlı bu öhdəlikləri yerinə yetirdi, bədnam Batum müqaviləsiylə Azərbaycan torpaqları hesabına 1500 il sonra daşnak dövləti yaratdı və tarixi Azərbaycan torpaqları olan İrəvan, Göycə mahalı bütünlüklə ermənilərə verildi.
28 May 1918 ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Osmanlı buna qarşı çıxsa da ” ADR-ə kömək adı altında ” öz ordusunu Azərbaycana yeritdi.Bakının işğalda olduğu üçün paytaxtı Gəncə olan Azərbaycan hökuməti ilk dəfə Rəsulzadənin başçılığı ilə Nuru paşayla görüşə yollandılar və Nuru paşa birbaşa Azərbaycanı müstəqil dövlət kimi tanımadığını bəyan etdi.Həmçinin Azərbaycanda olduqları 5-6 ay ərzində də Azərbaycan hökumətinə etimadsızlıq edərək bir neçə dəfə parlamenti dəyişməyə məcbur etdilər.1918 ci 15 sentyabrda Bakını Sentro Kaspi diktaturasının işğalından ” AZAD ” etdikdən sonra Azərbaycan hökumətinə açıq bəyan etdilər ki , ” Biz Azərbaycan dövlətini tanımırıq ,Osmanlının tarixi torpaqlarını azad etməyə gəlmişik.Bakıda qaldıqları 45 gün ərzində minimum 35 min Azərbaycanlını dəyənəklə döyərək,” Haydut ” damğası vuraraq, edam edərək qətlə yetirmişlər.İşğalın ilk 15 günü ərzində şəhəri qarət etməyə başladılar.Osmanlı işğalcıları təkcə Nobel şirkətinin 60 min manat, Şəhərlər İttifaqının Yerli Şöbəsindən isə 23 milyon manatlıq əmlak qarət edib aparmışdırlar. Daha sonra “ Elektriceskaya sila” səhimdar cəmiyyətinin 155 milyon manatlıq, Qafqaz və Merkuri, Əmtəə Ambarları Şərq Cəmiyyətinin, Volqa- Kama ticarət bankının , qafqaz Pambıq Səhmdar cəmiyyətinin və s şirkətlərin yüz milyonlarla dəyərində pulunu və əmlakını qarət edib apardılar. Osmanlı işğal qüvvələrinin qarəti təkcə bununla yekunlaşmırdı. Onlar işğal qüvvələrinin saxlanma xərcini yerli əhalinin boynuna yükləmişdirlər, bütün ərzağın onda biri “ zəkat” adı altında əhalidən zorla müsadirə olunurdu, evində bir günlük azuqədən artıq ərzaq saxlayanlar qulaqlarından divara mismarlanırdılar. 1918- ci il sentyabrn 16-da, yəni işğal qüvvələri Bakıya girər girməz Osmanlı komandanlığı ilə müsavatcılar arasında alcaldıcı müqavilə imzalandı. Bu təzminat müqaviləsinə görə müsavatcılar osmanlı dövlətinə 2 milyon lirə dəyərində müxtəlif mallar və ərzaq məhsulları verməyə boyun oldular. Ən maraqlısı isə bu idiki müsavat bu pulu Osmanlının adından cıxış edən Gəncə Dəmiryolu idarəsinə verməliydi, bu isə o deməkdirki sözügedən idarə və dəmiryoları birbaşa osmanlı imperyasının malı elan edilmişdir. Daha sonra isə müsavatcılar Anadolu Dəmiryolu və Hərbi limanlar idarəsiylə başqa bir müqavilə bağlayıb, sözügedən quruma 1 milyon türk lirəsi dəyərində ərzaq və digər əmtəələr verməyə boyun oldu Osmanlı işğalı zamanı Bakıdan hər gün 44 sistern xam neft daşınıb aparılırdı, neftin yarısı Tiflisdə alman işğalcılarına təhvil verilirdi digər yarısı isə Anadoluya daşınırdı.Və nəhayət Osmanlı birinci dünya müharibəsində uduzduqdan sonra 30 oktyabr 1918 ci ildə bağlanmış ” Mudros ” müqaviləsinin 11 və 15 ci maddələrinə görə ” 13 cü-əsrdən bəri Osmanlı dövlətinin ərazisi olan Qafqaz Azərbaycanını Yeraltı və yerüstü sərvətləri ilə birlikdə İngiltərə kraliçasının ixtiyarına verilir ” və bu müqavilənin əsasında heç bir dünya müharibəsində iştirak etməyən Azərbaycan noyabrın ortalarından General Tomsonun ixtiyarına verilir.

Mənbə və İstinadlar ;
Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwoodpress, 2001, ISBN 0-313-31516-7, p. 189
Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918-1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8, p. 31.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 595
Berkok, böyük hərbdə Şimali Qafqazdakı fəaliyyətlərimiz, s. 39-40
Azerbaycan Cümhuriyyeti ” Gürcistan Konsolosluğu ” Doc 1878/25 52/45718 (1918)
Azerbaycan Cümhuriyyeti ” Gürcistan Konsolosluğu ” Doc 1952/22 11/56″

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma