Talış dili məhvolma təhlükəsində – Nə etməliyik?

Talış ərazisində etnolinqvistik situasiya. Proqnozlar və nəticələr.

Dil hər bir xalqın mövcud olması üçün ən başlıca kriteriyalardan biridir. Bütün xalqların özünəməxsus dili olduğu kimi talışların da öz ana dili vardır. Yeri gəlmişkən bəzən insanlar Azərbaycan türkcəsinin cənub ləhcəsini talışların dili kimi qəbul edir. Bu isə nonsensdir. Bu sadəcə insanların kifayət qədər informasiyalı olmamağından irəli gəlir. Əlbəttə Azərbaycanımızın dövlət dilini mükəmməl bilmək vacibdir. Lakin yaxşı olardı ki, insanlar aşağıdakı bölgünü qəbul etsinlər. İnsanının etnik mənsubiyyəti ilə təyin olunan dil daha çox ana dili kimi qəbul edilirsə, ümumölkə miqyasında “Linqva franka” olan azərbaycan dilini “vətən dili” yaxud da “dövlət dili” kimi qəbul etməlidir. Yəni insanların bir çoxu üçün məsələn, talışçün ana dili talışca, dövlət dili azərbaycan dilidir. Dil Azərbaycan respublikasının konstitusiyası vasitəsilə tənzimlənir:

“Maddə 21.  

  1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir.
  2. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.”

Bu maddə dövlət dilini müəyyənləşdirir. Və həm də hər bir şəxsə öz ana dilindən tam şəkildə ,müxtəlif vəziyyətlərdə istifadə etmək üçün tam hüquq verir. Eyni zamanda aşağıdakı maddə ilə həmin dili istifadə edən millətin, etnosun hüquqları tam mühafizə edilir.

“Maddə 44.          Milli mənsubiyyət hüququ

  1. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
  2. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.”

Talış dili və qloballaşma ilə əlaqədar onun məhvolma təhlükəsi.

Bu günədək talışcanın qorunması üçün heç bir ciddi təşəbbüs göstərilməmişdir.  Təsadüfi deyil ki, bu dil UNESCO-nun təhükə altında olan dilləri siyahısında yer alır. İşlənmə dairəsi məişətlə məhdudlaşan bu dil linqvistik qocalma, bilinqvizm mərtəbəsindədir. Linqvistik qocalma dedikdə dilin cavan insanlar arasında populyarlığının olmaması nəzərdə tutulur.  Bu bir neçə onillik əzində sayca azalan yaşlı insanların sayına uyğun daha da artan ölüm qorxusu deməkdir. Azərbaycanda yaşayan talışlarda vəziyyət heç də yaxşı deyil. Bu proses Sovetlərdən bəri çox dərinləşmişdir. Nəzərə alsaq ki, ölkə əhalisinin təxminən 45%-i (4.0mln)25yaşadək olan insanlardır. Və məhz həmin insanlar ana dilini demək olar ki normal istifadə etmir(bu proporsiya hər bir xalq üçün təxminən eynidir və 55% talış ana dilini normal danışır). Həmin templə 25 ildən sonra talış dilinin istifadə faizi 21-25%-ə,  40 ildən sonra 8-11%-ə enəcək.

Ölkəmizdə danışılan talış dilinin vəziyyəti  hər kəsə az-çox məlumdur. İstərdik ki, İran İslam respublikasında Talışın etnolinqvsitik situasiyası ilə sizi tanış edək.

Qeyd: nəzərdən keçirilən ərazilərdə talış mənşəli əhalinin işlətdiyi dildən söhbət açılır.

talesh2

1.Astara şəhristanı:

Şəhristanın kəndlərində talış dilinin şimal ləhcəsində danışılır ki, bu da Azərbaycanda danışılan talış dili ilə eynidir. Astara və Ləvəndvildə azərbaycanca və talışca, Abbasabadda azərbaycanca danışılır. Burada həm sünni həm də şiə məzhəbli əhali yaşayır.

Burada yaxın bədbin tarixin yaddaşı qalmışdır. Astara şəhərində 1946-cı ildə Sovetlərin dəstəyini almış Pişəvəri Sosialist höküməti (firqəsi) qətllər törətmişdir. Eyni zamanda bu bölgəyə Ərdəbil nahiyyəsindən türkdilli əhali köçmüşdür.

2.Nəmin şəhristanı:

Nəmin şəhristanı sünni məzhəbli talışların yaşadığı bölgədir. Və burada da əsasən talış dili istifadə olunur. Sünni məzhəblilik talışların şiə türkdilli əhali tərəfindən assimilyasiyasına xeyli maneə törədə bilmişdir. Məntəqələr: Anbaran, Pilərud, Minabad və s.

3.Talış şəhristanı:

Şəhristanın bəxşlərindən asılı olaraq vəziyyət fərqlidir. Lisar, Çobər, Haviqdə əhali demək olar ki əsasən azərbaycanca danışır. Talışca yalnız qocalar istifadə edir. Həştpər(Taleş) şəhərində fars, talış, azərbaycan dili qarışıq istifadə olunur. Maraqlı məqam budur ki, azəbaycan türcəsində məhz ticarətlə məşğul olan talışlar istifadə edir. Əsəlim,Suvətan,  Tülərud, Xətibəso, Çukəndan, Kişan, Şilan və başqa məntəqələr talış dilində danışırlar. Burada da türk dilinin yer alması Ərdəbil ərazisindən miqrasiya ilə əlaqədardır. Şəhristanın əhalisi ikiməzhəblidir və demək ola üstünlük yoxdur.

4.Rizvanşəhr şəhristanı:

Rizvanşəhr(əvvəlki Talış-Dulab) şəhristanında əhali əsasən talışca müəyyən qədər də giləkcə(Gildolab) danışılır.

5.Masal şəhristanı

Əhali demək olar hamısı talışca danışırlar(Şanderman, Masal, Şıxnışin, Tasku, Kuçəkəm). Əksəriyyəti şiədir.

6.Somə-Səhra

Somə-Səhra və Tulemdə talış və giləkcə, Gurab Zərmixdə talışca danışılır. Çoxluq şiə məzhəblidir.

7.Fumən şəhristanı

Fumənin özündə talışca, giləkcə, farsca danışırlar. Geşt, Məkləvan, Məsulə, Alian talışca danışılır. Bu şəhistanın talışcası Xalxalın 20-yə yaxın talış kəndi ilə eyni ləhcədə danışır(Kolur, Şal, Derov, Diz, Karin və s.).

8.Şəft və Rudbar

Şiəməzhəbli talışların və talışların subetnosu olan tatilərin olduğu bölgədir. Əksəriyyəti talışca danışır.  Şəft şəhristanında giləklər də yaşayır. Tati talışlar Qəzvinin bir xeyli hissəsini təşkil etməklə, həm də Zəncanın dağlıq hissəsində, Mərənd bölgəsininin Daş Hərzənd kəndi ətafında onlarla kənddə, Qaradağın Dizmar bölgəsində yaşayırlar. Hələ keçən əsrin əvvəllərində sərhədin şimal tayında da talışlar yaşayırdı(yəni Azərbaycanın Zəngəzur hissəsində).

Yuxarıdan anlaşılır ki, İslamın sünni məzhəbində olan talışlar öz məişət və mədəniyyətini eyni zamanda dillərini və hətta ləhcələrinin daha yaxşı qoruya bilmişlər. Şiə məzhəbli talışlar isə  digər etnoslarla xüsusən də azərbaycanlılarla daha çox qaynamış və çox güclü mədəni və linqvistik assimilyasiyaya uğramışlar. Bu işdə rolu şiə məzhəbində olan bir sıra xüsusiyyətlər( mərsiyyə, əzadarlıq məclisləri və s. türkcə aparılması) böyük rol oynayıb. Şiə talışlar Səfəvi İranının həyatında mühüm rol oynamış, Səfəvi-qızılbaş hərəkatının fəal iştirakçısı olmuş və bu da özlüyündə türkləşməyə “yardım” etmişdir. Hazırda Ərdəbil, Meşkin, Sərab, Parsabad nahiyyələrində çoxlu sayda özlərini Azəri lakin türk olmayan kimi qələmə verənlərin çoxu məhz keçmiş talışlardır. Biləsuvar şəhərində əhalinin bir qismini talışlar təşkil edir. Lakin onların da əksəriyyəti türkdillidir. Halbuki sünni məzhəbində olan Xalxalın Kacal kəndi tamam türkdilli əhali tərəfindən əhatə olunsa da, hələ də talışca danışır. Bu fikiri insanların inanclarına zidd olmayacağına ümid edirik. Çünki məsələ iman mövzusu deyil, sadəcə dilin xalqların həyatında əsas vacib rol oynadığını göstərməkdir.

Nəticə:

Sonda gəldiyimiz nəticə odur ki, bu gün insanlar öz ana dillərinə hər vəclə dəstək olmalı, onun qorunub qalmasına nail olmalıdırlar. Əgər sən bir dil bilirsənsə bir insansan, üç dil bilirsənsə üç insansan, ana dilini bilmirsənsə insan deyilsən. Təbbi ki, bu cümlə ilə insanların qəlblərinə toxunmaq istəmərik. Lakin onlar günahkar olduqlarını anlamasalar səhv etdiklərini də düşünməzlər.

Mirzə Kuhistanlı

 

Advertisements

1 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma