Talışlarda soyad sonluğu necə olmalıdır?

Soyad sonluqları çox aktual bir problemdir ki, bu problem vaxtında öz həllini tapmasa hansı nəticələr verəcəyi bir Allaha məlumdur. Deyənlər olacaq ki, bu soyad sonluğu “nəmənədir” ki, hələ bir problem də yaratsın. Əziz Oxucu, bu soyad sonluğu, başqa Talışlar üçün bilmirəm, mənim üçün çox vacib bir məsələdir! Əvvala ona görə ki, mən Talış olaraq öz soyad sonluğumu istəyirəm, bu mənim hüququmdur və mən bu hüququmun bəzi “milli mənsubiyyət dərdi çəkənlər” (əslində milli azlıqların hesabına öz milli çoxluqlarını artırmaq istəyənlər) tərəfindən əlimdən alınmasına heç vaxt razı ola bilmərəm. Çünkü mənə  “zadə” soyad sonluğu yapışır, mənə “lü””lu” sonluğu nəinki yapışmır, heç mənim həndəvərimədə fırlana bilmir.   Keçən sayımızda AMEA-nın soyad sonluqları ilə bağlı qərarını dərc etmişdik. Sən demə saxtakarlığ qanlarında olanlar burada da öz çirkin niyyətlərini gizlədə bilməyiblər: Həmən  qanunun 5-ci maddəsi həmən qanundan çıxarılıb! (Deyilənə görə “5-ci maddə” orda sonradan, naməlum bir şəraitdə peyda olub ki, bu “peydabaz Şeyx Nəsrullah”ın kimliyi heç kəsə məlum deyil və həmən qanunu imzalayan şəxs, qanunu imzalayanda orda “qeybdən” peyda olan “5-ci maddəni”görməyib! Yalançının….) Əsas da o gətirilır ki, “zadə” fars soyad sonluğudur. (Axundzadə, Vahabzadə sağ olsaydılar ”fars atavızdı” deyərdilər) Vallah mənim bu ”akademiklərdən” başım çıxmır, adam necə öz imzasından imtina edə bilər? Bu hansı məntiqə, hansı əqidəyə sığar? Düzdü, 2005-ci ildə “Müsavat” yazarı Aynur Camalqızı (Quliyeva) deputat olmaq üçün “Müsavat”da yazdığı bütün yazılardan-imzasından imtina etdi, amma bu ona 5 illik “lal deputatlıq”dan başqa bir şey vermədi və yəqin ki, o ömrünün sonuna qədər özünə, özünün  məhz özünə etdiyi bu xəyanəti bagışlamayacaq. İndi bu “gülməşəkər” akademiklər də bizə-Talışlara xəyanət etdilər, bu xəyanətə görə “qazancları” nə oldu, nə qədər oldu bilmirəm, amma bir onu bilirəm ki, onları bu xəyanətə vadar edənlərin niyyətləri saf deyil, onlar 5-ci maddəni bu qərardan çıxartmaqla Azərbaycanda xaos-milli zəmində qarşıdurma yaratmaq istəyirlər! Yoxsa mənim “ov”u “zadə” ilə əvəzləməyimdə nə qəbahət var ki? Bəlkə bu “milli qəhramanlar” son illərdə “zadə”lərin artdığını görüb mandraja düşüblər? Bilmirəm, amma  bir şeyi yəqin bilirəm-bütün Talışlar öz milli kimliklərini qorumalıdılar! Bu gün mən öz xoşumla, mövcud qanunvericiliyin tələblərinə uyğun “Cəlilzadə Rafiq Şahrza oğlu” yazdırmağa hazıram, siz, qanunu dəyişərək  buna icazə verməsəz, mən, Avropa məhkəməsinə çıxsam belə, öz kimliyimdə “Şarizo Rafiq Cəlilzadə” yazdıracam! Gəlin qaşınmayan yerdən qan çıxartmayın, bir-birimizin milli kimliyinə hörmətlə yanaşaq, əksi nə sizə, nə də bizə başucalığı gətirməz!   Mən ümüdvaram ki, bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılanda əksər deputatlar, xüsusəndə Talış əsili deputatlar, heç olmasa bu məsələdə öz Xalqının yanında olacaqlar, olacaqlarsa onlara minnətdar olarıq, olmazlarsa-olmasınlar, demək nəyi isə itirməkdən qorxacaqlar və yəqin ki, bu “nə isə” millətlərindən irəlidir, eyb etməz, biz onları “kürsüyə görə xalqını satanlar” nominasiyası üzrə “Nebıl”(olmayıb) mükafatı ilə təltif edərik, təltif edərik ki, gələcək nəsillər “Həzi” doğan anaların “keçəl Həmzə”lər də doğa bildiklərinin şahidi olsunlar!

İndi seçim anıdır-ya biz “Həzi” olmalıyıq, ya da “keçəl Həmzə”! Hər kəs seçimində müstəqildir-heç olmasa milli mənsubiyyət məsələsində saxta seçkiyə yol verməyək!

İ.S. Bu sual hər bir Talışı düşündürməlidir – Biz Talışlara hansı soyad sonluğu lazımdır?
Rafiq CƏLİLOV, Tolışi Sədo, №07(115) 01 fevral 2011

Mənbə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma