Əlikram Hümmətov: AXC-nin konfransında nədənsə Lənkəran Xalq Cəbhəsindən İdarə Heyyətinə heç kəs “seçilmədi”

1988-ci ildən vüsət almış xalq hərakatının fəal iştirakçısı olmuş Yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsinin fəaliyyəti həmişə mənim üçün maraqlı olub. Belə ki, ilk dəfə məhz Lənkəran Xalq Cəbhəsi rəsmi dövlət dirəyində Azərbaycanın üç rəngli bayrağını dalğalandırıb, məhz ilk dəfə Lənkəran hərakatçıları SSRİ-İran sərhəddinin sərhəd dirəklərini sökmüşdülər, ilk dəfə SSRİ-də məhz Lənkəranda xalq hakimiyyəti elan edilmişdi… Bu ilklər çoxdur və bu ilkləri məhz həmən dövrün məhşur hərakatçıları: Əlikram Hümmətovla, Əli Nasirlə, Hüseynqulu Məmmədovla, Rahim Nuriyevlə və digərləri ilə müsahibə formasında araşdırmaq qərarına gəldim, çünkü bu Azərbaycanımızın şanlı tarixidir… İlk müsahibimiz LXC-nin ilk sədri Əlikram Hümmətovdur….

Əlikram bəy, ilk olaraq yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsinin yaranma zərurəti və yaranma tarixi barədə məlumat verərdiz

Noyabr 1988-ci il, az qala ümumölkə miqyaslı mitinq-nümayiş tədbirləri dövründə, Astara kömrükxanası qarşısında təşkilati strukturları olmayan, fərdi təşəbbüsə daha çox söykənən çox günlük piket-mitinqi dekabrın 1-də başa çatdırmağa məcbur olduq. Əlavə edim ki, ilk dəfə olaraq o piketdə ADR-in üç rəngli bayragı qaldırılmışdı. Çünki o vaxt Az.KP-nin Mərkəzi Komitəsinin məsul işçisi olan, hazırda Azərbaycan Respublikasının Milli Məclisində deputat olan Ziya Səmədzadənin bilavasitə başçılığı ilə xüsusi təyinatlı hərbiçiləri gətirmişdilər, o vaxtkı Astara rayon partiya komitəsinin binasında onların təşəbbüsü ilə Ziya ilə görüşüb, söhbət edəndən sonra anladım ki, onların gecələr çox az adamın qaldığı piket iştirakçılarına hücumu labuddür və bu hücum qansız-qadasız otüşə bilməz, qayıdıb bütün detallarına qədər hər şeyi fəal piket iştirakçıları ilə müzakirə etdik və qərara aldıq ki, komrükxananın hər iki girişindən eyni anda cadırları yığaraq qəflətən oradan çəkilək. Elə də etdik. Dekabr 1988 – yanvar 1989-cu il ərzində o vaxtkı DTK və digər hüquq-mühafizə orqanlarının fəallara qarşı apardığı təhdidedici söhbət və əməliyyat tədbirləri nəticəsində fəal vətənpərvərlər artıq biri-biriləri ilə görüşməkdən belə çəkinməyə başladılar. “Perestroyka”nın (O vaxtkı Sovet hakimiyyətinin başladığı yenidənqurma nəzərdə tutulur. red.) yaratdığı imkanlar bizə imkan verirdi ki, ümum SSRİ miqyasında gedən prossesləri izləyək və öyrənək. Artıq təşkilati strukturlaşmanın vacibliyini anladıq və bilavasitə təşkilatlanma sayəsində fərdi təzyiqlərə birlikdə sinə gərməyi bacaracağımızı və müsbət nəticəli fəaliyyətimizin qurulmasına nail olmağın mümkünlüyünü anladıq və fəaliyyətə başladıq. Üzvləri narahat edən ilk səbəblərdən biri də təşkilatın adı idi. Qərara aldıq ki, o dövrdə az qala dəbdə olan “yenidənqurma” sözündən istifadə olunsun və beləliklə Yenidənqurma naminə Lənkəran Xalq Cəbhəsi təşkilatının yaranış prosedurasına başlandı…İlk olaraq təşkilatın Nizamnamə və Proqram lahiyyəsi yazıldı, 1989-cu ilin fevral ayında müzakirə olunaraq rəsmi qeydiyatdan keçmək üçün Lənkəran rayon və şəhər Sovetlərinə təqdimatların hazırlanmasına start verildi. Mart ayının 20-də 63 nəfərin imzası ilə ərizə, proqram və nizamnamə ilə birlikdə rayon və şəhər Sovetlərinin İcraiyyə Komitələrinə rəsmi qaydada təqdim olundu, “Azad Avropa” radiostansiyası vasitəsi ilə hörmətli Əli Nasirin təqdimatında bütün ölkəyə yayıldı…. Təşkilat ilk konfransını 22 may 1989-cu il tarixində keçirtdi, proqram və nizamnaməni əlavələrlə qəbul edərək, icra strukturlarını və məclisini seçdi. Eləcə də qərara alındı ki, Azərbaycan miqyasında uyğun təşkilatlanma prossesi gedərsə, Lənkəran Yenidənqurma naminə Xalq Cəbhəsi bütün strukturu ilə ümumölkə təşkilatına qoşulacaqdır…

Əlikram bəy, qəzetimizdə Lənkaranda 28 may 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağının dalğalanması barədə informasiya getmişdi, bu barədə nə deyə bilərsiz?

Konfransdan sonra yeni seçilmiş İdarə Heyyətinin ilk iclasında qərara alındı ki, Azərbaycan Demokratik Respublikasının ildönümü qeyd olunsun və bu məqsədlə ümumazərbaycan miqyasında müraciət hazırlanaraq, yayılsın. Eləcə də qərara alındı ki, 27 may tarixində, Ziyalılar evində keçiriləcək Talış poeziya gecəsində həmin müraciət təqdim olunaraq, yayılsın. Eləcə də İdarə Heyyətinin ifrat ehtiyatkar üzvlərindən xəbərsiz kiçik bir qrupu qərara aldı ki, fərdi təşəbbüslə 27 maydan 28 maya keçən gecədə Lənkəranın ən hündür binalarının üzərinə və əhalinin çox toplaşacağı yerlərdə ADR-in, bu günki Azərbaycanın 3 rəngli bayrağı asılsın. Bu məqsədlə Hüseynqulu bəy Məmmədovla 3 rəngdə, göy, qırmızı və yaşıl rənglərdə parça aldıq, evdə bayraqları tikdik, Hüseynqulu bəy həmən bayraqların üzərinə ay-ulduzu çəkdi, Namiq bəy bayraqlar üçün çox səliqəli dəstəklər hazırladı. Gecə 1-ci olaraq Xalq meydanındakı (o vaxtkı şəhər partiya komitəsinin qarşısındakı Lenin meydanı nəzərdə tutulur. red..) bayraq dirəklərindəki SSRİ-nin və Azərbaycan SSR-nin bayraqlarını endirərək 3 rəngli bayrağı qaldırdıq. Əliqismət, Vaqif, Namiq və Hüseynqulu bəylər velosipedlə gəzərək Zabitlər evinin, 9 mərtəbəli binanın damlarına, bazarda, 2-ci mikrorayonda və şəhərin digər ərazilərindəki əlçatmaz yerlərdə həmin bayraqlarımızı asdılar. 28 may səhər tezdən, Azərbaycan Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzinin iclasında iştirak etmək üçün Bakıya yola düşdüm və hazırladığımız bayraqdan birini də özümlə həmən iclasa aprıb, tədbirimiz barədə mərkəzdə məlumat verdim. Sonrakı hadisələri isə, Sovet sərhədçi gününün necə pozulmasını, milislərin bayraqları asıldığı yerlərdən götürmək üçün məzəli, gülünc vəziyyətlərə düşmələrini sonra mənə danışdılar.

Əlikram bəy, 7 noyabr 1989-cu il tarixdə o vaxtkı şəhər rəhbərliyinin təşkil etdiyii “paradın” ümumxalq etiraz aksiyasına çevrildiyi barədə ziddiyyətli informasiyalar dolaşmaqdadır, bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

Həmin tarixə qədər, müəyyən qədər müstəqilliklərimizi saxlamaqla artıq Azərbaycan Xalq Cəbhəsinin tərkibində fəaliyyət göstərirdik. Həmən ərəfədə İdarə Heyyətinin qapalı iclasında, məxfilik tam qorunmaqla qərara alındı ki, Lənkəranda 7 noyabr “bayram” şənlikləri-nümayişi ümumxalq etiraz aksiyasına cevrək və..hazırlıq işlərinə başlamaqla, tam ssenari hazırlandı. Qərara alındı ki, “Ey Ana Vətən” marşını oxumaqla, sıx nizami cərgələrlə, öndə İdarə Heyyətinin üzvləri olmaqla, hələ nümayiş başlamamış, Xalq meydanına (o vaxt meydanı biz belə adlandırırdıq) daxil olur, tirbunaya qalxır və ümumxalq etiraz mitinqi keçiririk. 6 noyabrdan 7 noyabra keçən gecə o vaxt fəaliyyət göstərən Qurtuluş təşkilatının İdarə Heyyəti də tam tərkibdə bizə qonaq gəlmişdilər. Məxfilik o qədər qorunurdu ki, onlar da tədbirimiz tam baş tutanda özləri də bilmədən iştirakçıya çevrildilər. Lənkəran Xalq Cəbhəsinin üzvləri marşın gur sədalarını oxuyaraq meydana girəndə, rayon milis idarəsinin tam heyyəti nümayişə hazırlıq məqsədi ilə bilavasitə rəisdən təlimat alırdı. Milis sıralarının qarşısından keçəndə, özünü tam itirmiş rəis “farağat” komandası verərək təzm etməyi (cest verməyi) də unutmadı…. Və beləliklə məcburi nümayişə gətirilən rayon və şəhər əhalisi (zəhmətkeşləri) də bizə qoşuldular, rayon və partiya rəhbərləri tirbunaya buraxılmadı, Meydanın hər yerində hazırladığımız şüar-tələblər və ən əsası Azərbaycanın 3 rəngli bayraqları dalğalanmağa başladı. Plakatlarda yazılmış tələblər Azərbaycanın müstəqilliyi və Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olması barədə idi… Azərbaycanın qalan hissəsindəsə təntənəli Oktyabr bayramı keçirilirdi.

Əlikram bəy, məlumdur ki, 1990-cı ildə başçılıq etdiyiniz Lənkəran Xalq Cəbhəsi Lənkəran şəhərində Sovet hökumətini devirərək, Xalq hakimiyyəti elan edib, bu barədə daha ətraflı danışmağınızı istərdik

1989-cu ilin dekabr ayında AXC Lənkəran şöbəsinin 2-ci konfransı keçirildi, yeni İdarə Heyyəti və AXC-nin 2-ci konfransına nümayəndə heyyəti seçildi. O vaxt AXC-nin, ölkə ictimaiyyətinin sayılmış nümayəndələri, o cümlədən Xəlil Rza da konfransın işində qonaq qismində iştirak edirdilər və çox yüksək fikirləri ilə Lənkəran Xalq Cəbhəsinin işini qiymətləndirdilər, LXC-nin işindən bəzi şeyləri öyrəndiklərini bildirdilər… 5 yanvar 1990-ci il tarixində bütün Azərbaycanda, o cümlədən Bakıda və Lənkəranda güclü qar yağdı, Bakıya getsəm də, getdiyimiz avtomobil Şıx qəsəbəsindən o tərəfə gedə bilmədiyindən, sürücünün təkidindən sonra, geri qayıtmağa məcbur oldum. AXC-nin Konfransında mən iştirak etməsəm də, nümayəndələrimiz bütün məsələlərin müzakirəsində çox fəal iştirak etmişdilər, amma hansısa səbəbdən AXC İdarə Heyyətinin yeni tərkibinə Lənkəran Xalq Cəbhəsindən heç kim “seçilmədi”…. Səhv etmirəmsə, 7 yanvar 1990-cı il tarixində o vaxtın İttifaq teliviziyası vasitəsi ilə öyrəndik ki, Ermənistan SSR Ali Sovetinin sesiyasında qərar qəbul edilib ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi inkişaf proqramı Ermənistan SSR-nin daxili planına daxil edilir. LXC-nin İdarə Heyyəti təcili toplandı və ciddi müzakirələr başlandı və belə hesab edildi ki, Ermənistan SSR Ali Sovetinin bu qərarı artiq DQMV-nin bilavasitə Ermənistan SSR-yə birləşdirilməsi kimi qəbul edilməklə, həm də SSRİ-nin o vaxtkı Əsas Qanunu-Konstitusiyasına artıq hörmətsizlik və sayğısizlıqdır, dövlət öz əsas qanunu ilə müəyyənləşdirdiyi ərazi-inzibati idarəçiliyi qoruya bilmirsə, belə bir dövlətin tərkibində qalmağın artıq siyasi-inzibati və idarəçilik baxımından heç bir mənası qalmamışdır. İdarə Heyyətinin və fəal cəbhəçilərin fikirləri nəzərə alınmaqla, qərara alındı ki, Sov.İKP -nn və o dövrün nomenklaturası hesabına formalaşdırılmış Sovetlərin rəhbərliyində qalmaq artıq mümkünsüzdür. Yanvarın 10-dan 11-nə keçən gecə AXC-nin İdarə Heyyətinin bir neçə üzvü ilə qərarımız barədə məsləhətləşmələr apardıq, onlardan qəti heç bir hərəkət etmək barədə sadə təklif belə ala bilmədik…. və igid, qeyrətli gənclərimizlə bir yerdə, gecə ilə bütün əsas saydığımız partiya və Sovet idarələrini, rabitə və hüquq-mühafizə orqanlarının inzibati binalarını ixtiyarımıza götürərək Xalq hakimiyyətini elan etdik, tələblərimizi elan etdik. Rayon və şəhərin həyatının bütün sahələri nəzarətə götürüldü. 19 yanvar tarixinə kimi, yağan güclü qardan az qala iflic vəziyyətinə düşmüş şəhər-rayon ictimai-iqtisadi həyatı tam qaydasına salındı, yüksək səviyyəli İttifaq nümayəndələri ilə ciddi danışıqlar aparıldı, Azərbaycan problemləri müzakirə edildi, Qarabağ probleminin həlli yolları axtarıldı və s. və i.a. Bütünlükdə beynəlxalq ictimaiyyətin diqqəti problemlərimizə istiqamətləndirildi, ölkə miqyasında siyasi, vətənpərvərlik hərakatı yeni vüsət almağa başladı…Əgər 13-16 yanvar tarixlərində Bakı, Gəncə və digər bölgələrdə idarə olunmaz, təxribat xarakterli qeyri-insani əməllərə yol verilməsəydi… (ardı gələn sayımızda)

“Tolışon Sədo” N:29(41) 31 avqust 2012

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma