Azərbaycanlı deputat: Erməniləri azərbaycanlıların üstünə salan türklər olub

“Ermənistan öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, “erməni qara yarası”nı Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil”.

Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə modern.az-a müsahibəsində deputat həmkarı Yaqub Mahmudovun “Azərbaycan İrəvan üzərində varislik hüququnu bərpa etməlidir” təklifinə münasibət bildirərkən deyib.

Araz Əlizadə bildirib ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması üçün şəraiti məhz Osmanlı imperiyası yaradıb: “1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər”.

Araz Əlizadə türk komandanı Nur Paşanı da sərt tənqidə məruz qoyub: “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.

Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma