Talış dünyasını dirçəldən Böyükağa Mirsalayev

Azərbaycanın cənub-şərqi sayılan Talış diyarı cox zəngin və şanlı bir tarixə malikdir. Bu bölgənin özunə məxsus böyük şəxsiyyətləri vardır. Bu böyük şəxsiyyətlərdən biri də tanınmış ictimai xadim Böyükağa Mirsalayevdir.

NƏSİL ŞƏCƏRƏSİ

Böyükağa Mirsalayev Talış diyarında tanınmış Seyid Piran nəslindəndir. Ulu babası Mir Şükürülla ağa Ərdəbil mahalının Meşkin nahiyyəsinin Fəxrəbad kəndindən idi. Mir Şükürülla ağanın atası Mir İsmayıl ağa, babası dövrünün böyuk alimi, Səfəvilərin şeyxavənd tayfa birliyinin ağsaqqallarından biri Seyid Süleyman Kəmunə idi. Seyid Sü- leymanın atası Seyid Məhəmməd Saleh Kə- munə Nəcəf seyidlərindən, onun atası Seyid Sahib Kəmunə isə Səfəvi sarayının qocaman şairlərindən biri olmuşdur. Kökləri VII imam Musa Kazıma çıxır. Meşkinin Fəxrəbad kəndinin sahibi olan Seyid Suleyman övladlarından Mir Şükürülla Mir İsmayıl oğlu səbəbi məlum olmayan hadisədən təqib edilərək 17 ci əsrdə Zuvand mahalına (indiki Lerikə) pənah gətirmişdir. Mir Şükürülla ağa Lerikin Həzovi kəndində məskən salımışdır. Mir Şükürülla ağanın 3 oğlu olmuşdur ki, bu oğullardan indiki Seyid Piran nəsli törəmişdir. Oğullarından kiçiyi Mir Siyab ağa Rəzqov kəndində məskən salmışdır və Rəzqov seyidlərinin əsasını qoymuşdur. Mir Siyab ağanın bir necə oğlu olmuşdur ki, onlardan da biri Miridir, Mirinin Mir Əhə- dulla adlı oğlu, Mir Əhədullanın Mir Həbib adlı oğlu olmuşdur. Mir Həbib Talış diyarında loğman kimi tanınırdı, Mir Həbibin oğlu Qulaməli və onunda oğlu Tahirxan olmuşdur. Tahirxanın adı Talış xanının vəziri olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “ Əxbərnamə” əsərinə duşub. Orada bildirilir ki, Tahir xan Zuvand hakiminin qulluqcusudur və bir necə dəfə Talış xanı ucun məktublar aparıb və Ərdəbil xanının yanına elçi kimi göndərilib. Tahir xanın nəslindən olanlar Rəzqovda Tarxani tobiyə (Tarxan tayfası) adlandırılır. Tahir xanın oğlu Mir Saleh (Mirsalo) olmuşdur. Böyukağaya da bu soyad məhz buradan gəlmişdir. Böyukağanın atası Əbülfət kişi Mir Salonun boyuk oğludur. Əbülfət Mirsalo oğlu 1859-cu ildə Lənkəran qəzasının Zuvand nahiyyəsinin Rəzqov kəndində dövlət kəndlisinin evində anadan olmuşdur. Əbülfət kişinin həyat yoldaşı Leyla xanım idi, onların Böyukağa, Seyidağa, Balağa, Mirağa, Mirzəağa və Hacıağa adlı övladları dünyaya gəlmişdir.

HƏYATI

Böyükağa Əbülfət oğlu Mirsalayev 1893- cü il yanvarın 22-də Lənkəran qəzasının Zuvand nahiyyəsinin (indiki Lerik rayonu) Mistan kənd cəmiyyətinin Rəzqov (Rəzqo) kəndində anadan olmuşdur.Böyukağa Mirsalayev 1906-cı ildə 13 yaşında yeniyetmə ikən Bakı şəhərinə köçmüşdür. Uşaq yaşlarından əmək fəaliyyətinə neft mədənlərində başlamışdır. Fəhləlik eləməklə bərabər, o, həm də öz elmini artıqmaqla savadlanmaqdanda geri qalmırdı. Sabunçudakı üç sinifli məktəbdə təhsil alırdı və oranı bitirmişdir. Sonralar işlədiyi müəssisələrdə inqilabi fəaliyyət göstərmişdir. Bir kəndli balasının dunyagöruşu formalaşdıqca onda zülmə və zülmkarlığa qarşı nifrət hissi güclənirdi. 1918-ci ildə Böyukağa doğma kəndinə – Rəzqova qayıdır. Mistan kənd cəmiyyətinin kəndxudasının katibi işləyir. Bu dövrdə Böyükağa Lənkəranda və Zuvandda quldur dəstələrinin özbaşı- nalığına qarşı mübarizə aparır. Buna baxmiyaraq o, həm də, doğma məmləkətdə öz inqilabi təbliğatını aparırdı. Xalqı zülmkarlığa qarşı səsləyirdi. Sovet hakimiyyəti qələbə çaldıqdan sonra isə Böyükağa Mirsalayev Moskvada UİK/B/P Mərkəzi Komitəsi yanında qəza komitə katibləri hazırlayan birillik kursu bitirir. Gözəl nitq qabiliyyətinə və yüksək savad potensialına görə 1922-ci ildə partiya işlərində irəli çəkilir və bir sıra mə- sul vəzifələrdə çalışır. İşlədiyi müddətdə Mirsalayev Böyükağa prinsipiallığı, təşkilatçılığ bacarığı ilə seçilir. Butun bu iş keyfiyyətləri və şəxsi qabiliyyəti nəzərə aldındığından 1925 -ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Qazax Rayon Komitəsinin, 1927 -ci ildə isə Nuxa (Şəki) Rayon Komitəsinin birinci katibi təyin edilir. 1929-cü ildə Mirsalayevi Bakı şəhərinə çağırırlar və Azərittifaqın Rəyasət Heyətinə sədr seçirlər. 1930-cu ildə o, yenidən doğma yurduna qayıdır və burada Lənkəran dairə icraiyyə komitəsinin sədri, sonralar birinci katibi təyin olunur. Qeyd etmək lazımdır ki, Lənkəran dairəsinə Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar daxil idi. Böyükağa Mirsalayev 1931-33-cü illərdə UİK(b)P Zaqafqaziya Ölkə Komitəsində mə- sul işlərdə və bölmə mudiri vəzifəsində çalışmışdır. 1924-1925- ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan kommunist (bolşeviklər) partiyası Mərkəzi Komitəsinin uzvu seçilən Mirsalayev 1927- ci ildə UİK (b) P XV qurultayına nümayəndə seçilmiş, qurultayın işində fəal iştirak etmişdir. Böyükağa Mirsalayevin əmək fəaliyyəti Lənkəranda özünü daha qabarıq göstərib. Belə ki, şəhərdə ilk sənaye müəssisəsinin işə salınması, çay və sitrus bitkilərinin əkilməsi onun adı ilə bağlıdır. Bir sözlə, XX əsrin əvvəllərində Lənkəran şəhərinin inkişafında Böyükağa Mirsalayevin çox böyük zəhməti olmuşdur.

ZİNDAN HƏYATI VƏ REPRESSİYA

Gülağa Həsənov, Hacı Nəriman və Teyfur Çələbinin birgə yazdıqları “Rəzqovluların şəcərəsi” kitabında Mirsalayevlə bağlı coxlu arxivi materiallar vardır. Həmin sənədlərdən və digər arxivi mənbələrdən istifadə edərək B.Mirsalayevin həbs edilməsi və repressiya olunmasının sirlərini açmağa çalışarıq. 15 noyabr 1936-cı ildə repressiyaya məruz qalan Mirsalayev Böyukağanın sonrakı taleyi MTNnin verdiyi arayışlardan aydın olur. Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirliyinin işindən belə aydın olur ki, orada saxlanılan Pr-25045 nömrəli arxiv-cinayət işindəki kimi, Mirsalayev 15 noyabr 1936 –cı ildə XDİK tərəfindən həbs edilmişdir. Vətəndaş Mirsalayev ittiham edilmişdir ona görə ki, o, 1934-cu ildə musavat partiyasının uzvu olmuş, əksinqilabi, millətçi, terorçu təşkilatın fəal üzvü olmuşdur. Mirsalayevlə birlikdə komsomol işində çalışmış Əliməmməd Mə- likovun məlumatına görə, Mir Cəfər Bağırov Lənkəranda səfərdə olarkən Böyukağa Mirsalayevlə göruşmuş və sonradan Bakiya qayıdaraq bir necə gündən sonra Böyukağanı həbs etdirmişdir. Sənədlərin birində istintaq aparan Borşovun imzası ilə bir məlumat vardır. Orada bildirilir ki, guya Böyukağa Mirsalayev öz günahlarını boynuna alıb və həmin maddələr içində Böyukağa Mirsalayevin Talış-Muğan Respublikasını yaratması təşəbusu olmuşdur və bunu partiyadan gizlətməsidir. Müxtəlif sənədlərdən, raportlardan məlum olur ki, Böyükağa Mirsalayevə böhtan atılır. İttihamlar içində guya ki, Böyükağa Mirsalayev qaçaq Yunusa, Mir Vahab ağa və Bala Məmməd Zuvandskiyə yaxından kömək etmiş və əksinqilabçı olmuşdur.Ən böyuk ittiham isə təbii ki, Talış- Muğan Respublikasının yaratmaq təşəbusu idi. Bunlarla yanaşı talış millətçiliyi damğası da ona vurulmuşdur. Raportların birində Böyukağa Mirsalayevin Talış muxtariyyətinin təbliğatını aparması göstərilib. Bir sözlə, Azərbaycanın ictimai xadimlərindən biri olan, öz dövlətinə, xalqına qəlbən bağlı bir şəxsiyyəti repressiya belə məhv etdi. SSRİ Ali Məhkəməsinin hərbi Kolleksiyasının 7. 01. 1938-ci il tarixli qərarı ilə Böyükağa Mirsalayev Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70 və 73 cu maddələri ilə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Hökm 1938-ci il yanvarın 7 dən 8- ə kecən gecə yerinə yetirilmişdir. Ölmundən sonra 1956-cı ildə bəraət qazanmışdır.

AİLƏSİ VƏ ÖVLADLARI

Sənədlərdə Böyükağa Mirsalayevin həbs olunduğu dövrdə ailə tərkibi belə olmuşdur: Həyat yoldaşı Tamam (Ğıztəmom) İsrafil qızı 37 yaş, oğlu Salam 18 yaş, qızı Tuğra 14 yaş, Məryəm 12 yaş, Şəfiqə 10 yaş və Dilarə 18 yaş. Böyukağa Mirsalayevi həbs edilib güllələnməyindən sonra, həyat yoldaşı Qıztamam İsrafil qızı 9 aprel 1938-ci ildə 10 il müddətinə Qazaxıstana sürgün edilmişdir. Qıztamam xanım Rəzqovludur.Atası qəssab İsrafil kişi Lənkəran qəzasının Gərmətük kəndinə köcmuşdur. Babası Vəli kişi Zair tayfasındandır.Qeyd etmək lazımdır ki, Böyukağanın anası Leyla xanım Qıztamamın xalası idi. Qıztamam Şani xanımın qızı, Böyükağa isə Leyla xanımın oğlu idi. Leyla, Şani və Xeyri bacıları Rəzqov kəndindən Məhərrəmin qızları idilər. Qıztamam 1947-ci ildə dunyasını dəyişib və Gərmətük kəndində dəfn edilib. Böyukağanın oğlu Salam Azərbaycanın tanınmış hərbi xadimi Həzi Aslanovun bacısı Tamara xanımlə ailə həyatı qurmuşdur. Onların Eldar və Ellada adlı övladları dunyaya gəlmişdir. Eldarın oğlunun adı Teymur olmuşdur. Azərbaycanımızın ictimai xadimlərindən biri, Vətəni, xalqı ücün dəyərli işlər görən, Azərbaycanın unudulmaz şəxsiyyətlərindən biri olan Böyükağa Mirsalayevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Belə bir tarixi şəxiyyətlə fəxr etməyə dəyər! O, Talış dağlarının zirvəsində dunyaya göz açan bir qartal idi!

İstifadə olunmuş ədəbiyyat:

1. Azərbaycan Milli Arxivi (fond 10, op 1 dok. 23) (fond 10, op 1, dok 114) (fond 10, op2, dok 7379)

2. B.Huseynbalaoğlu, M.Talışlı “ Lənkəran” (səh. 311-313).

3. G.Həsənov, H.Nəriman, T. Çələbi “ Rəzqövluların şəcərəsi” (səh.94-109).

4. M.Talışlı, E.Əhədov “Lənkəran: ensklopedik məlumat”.

5. İsgəndər bəy Münşi “Alemrayi Şahi Abbasi”

6. Gürcustan Milli Arxivi (fond 93, op 1, dok 32).

7. R. Xansıvo ” B. Mirsalayevin şəcərəsi”

8. S.Məmmədov, Ə.Nurullayev, E.Əhədov “Gərmətük salnaməsi”.

Vüqar Mirzəzadə

Tolişon Sədo

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma