Talış şairi – Xanəli Tolış

Xanəli Tolış (Xanəli Şirəli oğlu Ağayev) — Azərbaycanın böyük şairlərindəndir. İxtisasca tarixçi-etnoqraf olsa da, Azərbaycan və Talış dillərində yazdığı şeir və poemaları ilə daha çox məşhurdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır.

Xanəli Tolış 1940-cı il martın 2-də Masallı rayonun Qızılavar kəndində anadan olmuşdur. 1958-ci ildə Bədəlan kənd orta məktəbini bitirmişdir. 1959-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi tarix fakültəsinə daxil olub. 1961-ci ildə 6 aya qədər “Yeni həyat” qəzeti redaksiyasında işləmişdir.

1961-2003 – cu illərdə Qızılavar və Dəlləkoba 8-illik məktəblərində əvvəl müəllim, sonra 25 il Dəlləkoba məktəbinin direktoru işləmişdir. İndi Qızılavar orta məktəbində öz ixtisası üzrə müəllim işləyir.

Xanəli Tolış bədii yaradıcılığa məktəb illərində başlamışdır. İlk şeiri 1958-ci ildə Masallı rayonunda çıxan “Yeni Həyat” qəzetində çap olunmuşdur. Bundan sonra Xanəli Tolışın şeirləri əsasən “Masallı”, “Fidan”, “Leninçi”, “Sovet Astarası”, “Lerik”, “Sözün işıği”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan ordusu”, “Üçüncü hədəf”, “Tolışi sədo” və başqa qəzet və jurnallarda çap edilib.

Xanəli Tolış şeirləri əsasən üç dildə yazmış və bu gün də yazmağa davam etməkdədir: Azərbaycan dili, Rus dili və Talış dillərində.

Xanəli Tolışın indiyə kimi 9 kitabı çap olunmuşdur. “Qaranquş yuvası” (Azərbaycan dilində şeirlər – 1999), “Vənəşə” (Talış dilində şeirlər – 2000), “Şinə çay” (Talış dilində şeirlər, mahnılar – 2001), “Kərbəla karivanı” (Azərbaycan dilində mərsiyələr, minacatlar və dini şeirlər – 2002), “Bağışla” (Azərbaycan dilində şeirlər və poemalar – 2004), “Ox, Vətən, Vətən” (Talış dilində şeirlər – 2012), “Dünya, mənə halal eylə” (Azərbaycan dilində şeirlər 2013), “Qəm karvanı” (Azərbaycan dilində mərsiyələr, dini şeirlər – 2014), “Bir ovuc su” (Azərbaycan dilində şeirlər – 2015).

Xanəli Tolış bu gün də yaradcılığına davam edir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma