Azərbaycan Xalqlarının Rifahı Partiyası yaradılır

Ötən gün Bakıda Azərbaycan Xalqlarının Rifahı Partiyasının təsis edilməsi üzrə yeddi nəfərlik Təşəbbüs Qrupunun iclası keçirilib.

“Azərbaycanda çoxsaylı partiyaların olmasına baxmayaraq, həmin siyasi təşkilatların heç birinin məramnamə və nizamnamələrində Azərbaycanda yaşayan qardaş xalqların mədəniyyətlərini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmaq, ölkənin siyasi proseslərində bərabərhüquqlu iştirakını, eləcə də, onların mənəvi və maddi rifahlarını prioritet tutan bənd və ya müddəa yoxdur”, – Təşəbbüs Qrupunun bəyanatında deyilir. Əksinə, bəzi partiyaların funsionerləri və xadimləri destruktiv, bir sıra hallarda isə xalqlar arasında nifaq salmaq istiqamətində ultramillətçi mövqe tuturlar, sənəddə qeyd olunur.

Bununla əlaqədar Azərbaycandakı bütün xalqların mənafeyini qoruya biləcək yeni bir siyasi təşkilatın yaranması zərurəti meydana gəlib.

Yeni partiya Azərbaycanın gələcəyini bütün xalqların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qorunmasında görür.

Dilindən və dinindən asılı olmayaraq, bütün ölkə vətəndaşları partiyaya üzv ola bilər.

Təşəbbüs Qrupuna Seyidəmir Məmmədov, Sabir Hüseynov, Əlimərdan Şükürov, Elman Məmmədov, Mehdibəy Səfərov, Mirtağı Nəsirov, Rafiq Cəlilov daxildir.

Qeyd edək ki, Rafiq Cəlilov “Tolışon sado” (“Talışların səsi”) qəzetinin baş redaktorudur. Mehdibəy Səfərov isə “Azəri-Talış” İctimai Birliyinin rəhbəridir.

Təşəbbüs Qrupunun digər üzvləri ictimai-siyasi dairələrdə tanınmış şəxslər deyil.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma